Beyl: "Sabahı səbirsizliklə gözləyirəm"

05.09.2019 | 5543 dəfə oxunub

Uels millisinin kapitanı Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını qəbul edəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

Stadium.az xəbər verir ki, 30 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb:

- Çətin dövrdən sonra yenidən formadasınız?

- Mən də elə düşünürəm. Tamamilə forma yığmışam. Bir müddətdir ki, toplanış keçirik. Sabah oynamaq üçün səbirsizliklə gözləyirəm.

- Millinin seçmə mərhələdəki iki məğlubiyyətinə sizin yaxşı formada olmamağınızın da təsir etdiyini deyənlər var.

- Təzyiqlərin mənə təsir etdiyini düşünmürəm. Bəlkə də beş-altı həftə oynamadan meydana çıxmaq fiziki cəhətdən cəhətdən çətinlik yaradır. Yenidən yola çıxmaq üçün sabah qalib gəlməyimiz lazımdır. Bunu edcəyimizə inanırıq.

- "Real"da qollar vurdun. Bu, sizin üçün yaxşıdır?

- Qollar vurmağa geri dönmək gözəldir, müəyyən müddət çətin oldu. Yaxşı formadayam və oyuna girməyə can atıram. İndi əsas məsələ sabah Azərbaycanla oyuna hazır çıxmaqdır. Lazım olanı etməli və qalib gəlməliyik. - Tənqidlərə necə bacardınız?

- Fikir vermirəm, çünki nə haqda danışdıqlarını bilmirlər. Heç bir şey oxumuram. Çox insan durumu bilmir.

- Yəqin ki, bu oyunda Uelsin səhv etməyə ixtiyarı yoxdur. - İki məğlubiyyətdən sonra yaranan təzyiqi bilirik. Hər oyuna qazanmaq üçün çıxırıq. Vəziyyətdən agahıq. Əlimizdən gələni edəcəyik.

- Yığmada çoxluq gənclər var. Onlara məsləhət verdiniz?

- Əslində, kiməsə məsləhət vermirəm. Hər kəs özünə görə yaşayır. Çox çalışmaq məcburiyyətində olduqlarını bilirlər. Əgər soruşsalar, onlara kömək etmək, məsləhət vermək üçün hazıram.

- Sabahkı oyunla bağlı düşüncəniz necədir?

- Xüsusi açıqlamaya ehtiyac yoxdur. Ehtiyac olanı etmək üçün özümüzə güvənirik. Əlbəttə, iki oyundakı məğlubiyyət bizi üzür.

- Bu yay sizin üçün çətin keçdi. Hətta Zinəddin Zidan "Real"dan gedəcəyinizi açıqlamışdı. - Mən belə deməzdim. Möhtəşəm tətil günlərim oldu. Haqqımda yaxşı və pis danışanlar oldu. Komandada çox çalışırdım. Baş verənlər klubda qalacaq, ancaq cavab almaq istəyirsinizsə, "Real"dan soruşun.

- Sizin üçün son altı ayı ən çətin dövr adlandırmaq olar?

- Yaxşı olmasa da, ən pisi də deyil. Harri Rednappın rəhbərliyi altında "Tottenhem"də bir il oynamadığımı xatırlayıram. Belə şeylərin necə öhdəsindən gələcəyiim bilirdim: başını aşağı sal və məşqini et! İndi bu mövsümə yaxşı başlamışam.

- Fiziki cəhətdən necə hiss edirsiniz?

- Yaxşıyam, hazırda əvvəlkindən də güclü hiss edirəm. Yaşlandıqca keçmişdəki səhvlərdən dərs çıxarırsınız. Çox yaxşı olduğumu hiss edirəm. Bu tempi saxlaya və belə davam etməyə hazıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail