Giqqz: "Xal itirmək şok olar"

05.09.2019 | 1215 dəfə oxunub

Uels millisinin baş məşqçisi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını qəbul edəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

Stadium.az xəbər verir ki, 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Heyətdə itkilər var?

- Hər şey qaydasındadır. Ben Vudbörn də geri dönüb. Ancaq tam hazır deyil. Ondan başqa hamı tam hazırdır və oynamaq üçün can atır.

- Artıq səhv etmək olmaz. Komanda təzyiq altıdadır?

- İki məğlubiyyətdən sonra bu barədə danışırsınız. Ancaq üç oyun oynanılıb və danışmaq bir az erkəndir. Əgər hədəflərə çatmaq istəyiriksə, bütün ev oyunlarını udmalıyıq. Önümüzdə çətin matçlar var. Təkcə çətin oyunlarda deyil, ölkənizin adına çıxış edən zaman təzyiq olur. Buna görə də təzyiqi normal qarşılayırıq.

- Kapitan Qaret Beylin formada olması sizi xoşbəxt edir?

- Hər şeydən öncə oyunçuların klublarında meydana çıxmasını istəyirik. Hazırda Beyl oynayır. Hamımız onun nələr edəcəyini bilirik. Kapitan bunu daha öncə də edib. Rahatdır və meydanda lider futbolçudur. Onun yenidən qollar vurmasını görmək xoşdur.

- Cərimə zərbələrini Harri Uilson vuracaq, yoxsa Qaret Beyl?

- Harri sərbəst zərbələri vurmaq üçün cəsur adamdır. Ancaq 20-25 metrlik məsafələr üçün zərbə endirə biləcək bir neçə futbolçumuz var.

- Gənc ulduzlar - Harri Uilsonla Deniel Ceyms oyuna hazırdır?

- Klublarında oynayırlar və yaxşı durumdadırlar. Hesab edirəm ki, hər ikisi meydana çıxmağı dörd gözlə gözləyir. Deniel Ceyms "Mançester Yunayted"də əla başlanğıc götürüb. Qaret Beylin üzərində hər zaman təzyiq var. Mən bunun olmamasını istərdim. Ona hər zaman güvənməliyik. Komandamızda bacarıqlı futbolçular var.

- Ben Devis matça hazır olduğunu deyib.

- Özünü yaxşı hiss edir. Onunla bir neçə həftə əvvəl də danışmışdım. "Tottenhem"də ehtiyatda qalıb. O, yaxşı futbolçudur, amma biz Premyer Liqa təmsilçisi "Aston Villa"da oynayan Neyl Teylora da sahibik. Eyni mövqeydə iki təcrübəli futbolçuya sahib olduğum üçün şanslıyam. Kiminlə başlayacağımı seçmək mənim işimdir.

- Azərbaycanı necə tanıyırsınız? Hansı futbolçusunu yaxından izlədiniz?

- Hər üç oyunda qol vurublar, amma sayı azdır. Riçard Almeydanı xüsusi qeyd etmək olar. Azərbaycan əks-hücumlarda təhlükəli ola bilər. Buna xüsusi hazırlıq keçmişik. Komandanın cinahları sürətlidir. Ağabala Ramazanovun sürətini qeyd etmək olar. Onların Xorvatiya ilə oyununu əsas götürmüşük. Doğrudur, Azərbaycan millisi çox qol buraxıb, ancaq onlardan sərt oyun gözləyirik. Bir az təmkinli olmalıyıq.

- Sabah qalib gəlmək nə dərəcədə əhəmiyyətlidir?

- İki oyunda uduzmuşuq. Çətin qrupdur. Hər kəs qrupda Xorvatiya, Uels və Slovakiyanın favorit olduğunu deyir. Ancaq görürük ki, Macarıstan da yaxşı çıxış edir. Biz də yaxşı nəticə qazanmalıyıq. Bu oyun vacibdir. Xal itirmək şok olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.01.2020

23.01.2020

11:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10:24  "Yuventus" - "Roma" - 3:1 VİDEO

10:16  "Reyms" - PSJ - 0:3 VİDEO

22.01.2020

16:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:25  "Napoli" - "Latsio" - 1:0 VİDEO

21.01.2020

12:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.01.2020

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə