Daliç: "Azərbaycana qarşı diqqətli olmalıyıq"

07.09.2019 | 6133 dəfə oxunub

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AÇ-2020-nin seçmə mərhələsində Slovakiyanı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

Stadium.az xəbər verir ki, 52 yaşlı mütəxəssis futbolçulardan razı qaldığını deyib: "Oyundan sonra ilk təbrik mesajını Mario Mancukiçdən aldım. Xorvatiya milli komandası üçün hamımız birgə yaşayırıq. Bruno Petkoviç bu matçda yaxşı iş gördü. Topu irəlidə saxlayan bu tip oyunçulara ehtiyacımız var. Brekalo, Vlaşiç və Petkoviç kimi uğura ac olan futbolçulara ehtiyac duyuruq".

Xorvatiyalı mütəxəssis sentyabrın 9-u Bakıda Azərbaycana qarşı matçda diqqətli olmalarının vacib olduğunu sözlərinə əlavə edib: "Azərbaycanla matçda diqqətli olmalıyıq. Daha öncə 15 xala ehtiyacımızın olduğunu demişdim və ümid edirəm ki, bunu əldə edəcəyik. Səfərdə Azərbaycanı və Tanrı imkan versə, Macarıstanı Splitdə məğlub etsək, bu, reallaşacaq. Özümüzü mütəmadi olaraq, göstərmək məcburriyətindəyik. Bu oyunda çox yaxşı idik. Həmişə belə olmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail