Yurçeviç: "Xorvatların yenidən güclənməsinə sevinirəm"

09.09.2019 | 5110 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç açıqlama verib. Stadium.Az xəbər verir ki, Xorvatiya mətbuatına danışan Yurçeviç, əvvəlcə Uelsə 1:2 hesabıyla məğlub olduqları oyunla bağlı fikirlərini bildirib:

“Uelslə görüşdə Xorvatiyaya 1:2 hesabıyla məğlub olduğumuz oyundakından daha yaxşı çıxış etdik. İndi komandada yorğunluq var. Ancaq Xorvatiya ilə oyuna qədər hazır olacağıq.

Slovakiya – Xorvatiya oyununa (0:4) baxmaq imkanım olmayıb. Amma bəzi fikirlər oxumuşam. Xorvatların yenidən güclənməsinə sevinirəm. Özümüzü aldatmayaq. Bu gün Azərbaycanı Xorvatiya ilə müqayisə etmək ağılsızlıq olar. Çünki səviyyə fərqi göz qabağındadır. Çətin qrupda hər oyun bizim üçün özümüzü göstərmək imkanıdır. Sabahkı qarşılaşmaya da bu cür köklənmişik. Düzdür, qrupdakı bütün oyunlarda uduzmuşuq. Amma bəzilərində rəqiblərimizə çətinlik yaşada, yaxşı oynaya bilmişik. Ümid edirəm ki, Xorvatiya üçün də ciddi rəqib olacağıq. Bizdə mübarizə və motivasiya çatışmır”.

Sabah, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail