Nikola Yurçeviç: "Hər suala açığam, tənqidə belə" - MÜSAHİBƏ

10.09.2019 | 5946 dəfə oxunub

Millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə bərabərə qaldıqları oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Mən nəticəyə və komandanın oyununa görə xoşbəxtəm. Oyunçularımla qürur duyuram. Heyətində ulduzlar olan dünya ikincisinə qarşı oynayırdıq. Xorvatiyanı ədalətli oyuna görə təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar xüsusilə, ikinci hissədə bizə böyük dəstək oldular. Mən xorvatiyalıyam, ancaq bu gün bütün ürəklə azərbaycanlı idim. Hamı bu sevincə artıqlaması ilə layiq idi. Son vaxtlar bəzi matçlarda yaxşı oynasaq da, nəticə baxımından üzümüz gülmürdü. Ancaq bu dəfə sevindirici nəticəyə nail olduq. Emosionalam, danışmaqda çətinlik çəkirəm. Xoşbəxtəm ki, azarkeşlər də özlərini xoşbəxt hiss edirlər.

- Düşünmürsünüz ki, əvvəlki matçlarda nəticənin olmaması heyətin düzgün qurulmaması ilə bağlı idi?

- Hər suala açığam, tənqidə belə. Çətin sualdır. Biz bilmirik ki, digər futbolçuları oynatsaydıq, nəticə necə olardı. Bunun konkret cavabı yoxdur. Hər kəs fikrini bildirir. Mən çalışırdım ki, oyunu dəqiq analiz edim. Macarıstan və Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Əsas səbəb fiziki çatışmazlıq idi. Bizim iki yolumuz var: xal qazanmağa çalışmaq və ya gələcəyi düşünmək. Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Ramil Şeydayev, Mahir Emreli, Ömər Buludov və Renat Dadaşov çox gəncdirlər. Onlar gələcəkdə komandanın özəyini təşkil edəcəklər. Bunları başa düşürəm. Ancaq hesab edirəm ki, mənim bunları qeyd etməyim sizin tərəfinizdən də başadüşülən olacaq.

- Rəqib baş məşqçi Emil Balayevin oyununu qeyd etdi. Sizə görə komandanın ən yaxşısı kim idi?

- Məncə, Balayev mükəmməl idi. O, bizi bir neçə qoldan xilas etdi. Xüsusilə, ilk 20 dəqiqədə. Çünki Xorvatiya çox aqressiv, hücumameylli başlamışdı. O, həmin dəqiqələrdə komandanın köməyinə çatdı.

- Zaqreb və Kardiffdə yaxşı oyun və bu gün Bakıda ilk xal. Növbəti hədəf nədir?

- Hansısa komanda favorit deyilsə və top-klass komandaya qarşı oynayırsa, bütün futbolçular 100 faiz oyununu göstərməlidir. Və bir nəfər xüsusi oyunçu lazımdır ki, ağılasığmaz şeylər etsin. Bugünkü Emil Balayev kimi. Gələn matçlarda da belə olmalıdır.

- Riçard Almeyda zədəli olmasaydı, Emin Mahmudovun meydana çıxmaq şansı olardımı?

- Dünən də mətbuat konfransında demişdim ki, o, çox yaxşı futbolçudur. Ancaq biz balansı qorumalıyıq. Müdafiəni də, rəqibi də düşünməlisən ki, onlar nəyə qadirdilər, biz nə edə bilərik. Emini pleymeyker kimi görürəm. O, topla yaxşı işlər görə bilər. Ancaq belə matçlarda topla çox oynamağımız elə də böyük ehtimal deyil. Standart vəziyyətləri də nəzərə almalıyıq. Belə halda hava toplarında yaxşı olanları meydana buraxmalıyıq. Bir məşqçi bütün oyunun görməlidir. Bütün bunlar səbəblərdir.

- Tsikl boyu stabil oynamaq üçün bu futbolçular yetərlidimi?

- Sualın cavabını hələ bilmirəm. Əvvəlcə son baş verənləri həzm etməliyəm. Bizim planımız da budur ki, elə futbolçularımız olsun, ağıllı-başlı oynasınlar, təkcə ürəklə yox. Bunu birləşdirmək qısa zaman kəsiyində alınmaz. Ümid edirəm ki, bu işdə hamı dəstək olacaq. Əvvəlki matçlarda Rahildə, Antonda alınmayan epizodlar və ya səhvlər olurdu. Belə hallarda medianın reaksiyası yadımdadır. Bəhlul son iki oyunda çıxış etdi. Oynayır, pis görünmür. Amma top səviyyəli futbolçulara qarşı oynayanda səhvlər olacaq. Çünki o, gəncdir və həmişə bu tempdə oynamır. Gənclərə dəstək olmaq lazımdır ki, onları yığmamız üçün qazandıraq. Yeri gəlmişkən, Renata mən şans verəndə bəzi insanlar anlayışla qarşılamırdılar ki, nəyə görə oynayır. Bir müddət sonra “Vulverhempton” onu transfer etdi. Deməli, qabında nəsə var. Təkcə potensial olması kifayət deyil, həmin futbolçulara şans da vermək lazımdır ki, inkişaf etsinlər.

- İkinci dəfə Bakıda xorvat məşqçi ilə Xorvatiyanı büdrətdik. Bu amilin vacib olduğunu düşünmürsünüz ki? Özünüz də dediniz ki, Macarıstan və Slovakiyaya qarşı belə oyun alınmamışdı...

- Bəlkə də, səbəblərdən biri budur. Mən Xorvatiyanın mentalitetini bildiyim üçün bu, üstünlükdür. Slovakiya və Macarıstana qarşı da mümkün qədər yaxşı hazırlaşmışdıq. Biz xüsusilə slovakların üstünlüyünü bilirdik ki, standart vəziyyətlərdə güclüdürlər. Bizim belə oyunçularımız var, ancaq bəs etmir. Əvvəl də demişdim ki, Slovakiyadan ikinci qolu buraxdıqdan sonra geridönüş çətin idi. 1 qolu sığortalamaq olur ki, bunun bu gün şahidi olduq. Bu gün də bunu gördük. Qol buraxdıqdan sonra bərabərlik qolunu vurduq, qələbə üçün də çalışdıq. Bir səhv həlledici ola bilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail