"Oyundan dərhal sonra Biliç məni təbrik etdi" - Yurçeviç

11.09.2019 | 5268 dəfə oxunub

Millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya ilə keçirilən oyundan danışıb.

Stadium.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında qeyd edib ki, 1:1 hesablı bərabarliyə bütün komandanın yaxşı oynaması sayəsində nail olublar: "Futbolçularımızın hamısı meydanda ən yaxşı idi. Xorvatiya kimi komandaya yalnız bu yolla qol vurmaq olar. Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm. Əminəm ki, onlar vəziyyəti dramatik hala salmadan final mərhələsinə vəsiqə əldə edəcəklər”.

53 yaşlı mütəxəssis 11-ci dəqiqədə komandamızın qapısına təyin edilən penalti epizoduna da münasibət bildirib: “Mənə elə gəldi ki, penalti deyil. Komandamızın meneceri dərhal telefonunda həmin epizodun videogörüntüsünü göstərdi və bundan sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim". Yurçeviç əlavə edib ki, oyundan sonra rəqib komandanın baş məşqçisi Zlatko Daliç onunla görüşməsə də, digər həmyerlisi, Xorvatiya millisi, Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında birgə çalışdığı Zlaven Biliç zəng edərək onu təbrik edib: "Oyundan dərhal sonra Slaven Biliç zəng vuraraq, göstərdiyimiz oyundan şad olduğunu bildirdi və bir dost kimi məni təbrik etdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail