"Zirə"də daha bir debüt

17.09.2019 | 6359 dəfə oxunub

Premyer Liqanın IV turunun “Sumqayıt”la səfər qarşılaşması “Zirə”də daha bir debütlə əlamətdar olub. 

“Kapital Bank Arena”dakı görüş Nicat Süleymanovun “Qartallar”ın heyətindəki ilk rəsmi matç kimi tarixə düşüb. Komandamızın 2:1 hesabı ilə qalib gəldiyi görüşə start heyətində çıxan 21 yaşlı yarımmüdafiəçi klub tarixinə Premyer Liqada şans qazanan 80-ci futbolçu kimi düşüb. O, həm də “Zirə”nin formasını yüksək dəstədə daşıyan 40-cı yerli oyunçudur. Sumqayıtdakı görüşədək “Qartallar”ın heyətində 39-u yerli, 40-ı legioner olmaqla 79 futbolçu çıxış etmişdi.

Nicat debütü cari mövsüm gerçəkləşən 8-ci oyunçudur. İlk turda Elvin Camalov, Cavid Hüseynov, Boyan Zoqoviç, Anastasios Papazoqlu, Soni Norde, ikinci oyunda Miloş Bakraçıa Alvaro Ampuero bunu gerçəkləşdirmişdi.

Süleymanov “Zirə”nin tarixində bütün turnirləri nəzərə almaqla 117-ci futbolçu olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail