"Sevilya"nın prezidenti: "Mən hazırda “Qarabağ”ı, yalnız “Qarabağ”ı və “Qarabağ”ı düşünürəm"

18.09.2019 | 5653 dəfə oxunub

“Sevilya”nın prezidenti Xose Kastro “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyunu haqda fikirlərini bildirib.

Stadium.Az xəbər verir ki, “AS” qəzetinə müsahibəsində o deyib ki, hazırda sentyabrın 22-si, yəni “Qarabağ”la matçdan 3 gün sonra “Real” Madridə qarşı keçiriləcək matçı düşünmürlər.
 
“Mən hazırda “Qarabağ”ı, yalnız “Qarabağ”ı və “Qarabağ”ı düşünürəm. “Real”la oyuna hələ bir neçə gün var. “Qarabağ”a ciddi yanaşmalıyıq. Onlar hazırda öz liqalarında birinci yerdədirlər. İki il əvvəl “Atletiko”nun Çempionlar Liqasının erkən tərk etməsinin, dırnaqarası günahkarı da “Qarabağ”dır. Biz onlara hörmətlə yanaşmalıyıq”.

Klub prezidentinin fikrincə, “Qarabağ”la görüşdə heyətdə rotasiyalar olacaq: “Bu, məntiqlidir. Çünki hər üç gündən bir oynayırıq. Ona görə də məşqçi dəyişiklik edə bilər. Bu, onun hüququdur”.

Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail