Miçel: "Azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq"

19.09.2019 | 5920 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Miçel Avropa Liqasının qrup mərhələsində  “Sevilya” ilə matçdan öncə keçirilən mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırıb:

- Mənim üçün özəl oyundur. Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdir. Turnir boyunca bütün oyunlardan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- “Qarabağ”da üç ispan futbolçu var. Aranızda bu oyunla bağlı danışmısınızmı?

- Üç gün əvvəl çempionat matçımız var idi, oyuna köklənmişdik. Bu gün bazada olacağıq, bu barədə danışmağa vaxtımız olacaq. Böyük kluba qarşı çıxış edəcəyik. Azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq.

- Vaxtilə “Sevilya”ya qarşı bir neçə dəfə oynamısınız. Bu komanda ilə hansı oyun sizin üçün xüsusi yaddaqalandır?

- Bu, illər öncə olub. “Sportinq Xixon” və “Xetafe”də olarkən xoş və xoşagəlməz xatirələr olub. Həm qalib gəlmişik, həm də uduzmuşuq. Çempionlar Liqasında oynamağa can atan komandadır.

- “Sevilya”nın texniki heyətindən və ya futbolçularından tanıdığınız kimsə varmı?

- “Xetafe”də birgə oynadığım Serxio Eskudero var. Hələ ki, onunla görüşməmişəm. Yəqin ki, sabah belə bir imkanım olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail