"Atmosfer də bizə çətinlik yaradırdı"

20.09.2019 | 5927 dəfə oxunub

"Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"a qalib gəldikləri oyundan (3:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqib öz meydanında oynayırdı. Atmosfer də bizə çətinlik yaradırdı. İstənilən halda, qələbəyə layiq oyun göstərdik. İlk qol hər şeyi dəyişdi və ondan sonra növbəti qolları vurmaq asanlaşdı.

- Gözlədiyiniz “Qarabağ”ı gördünüzmü?

- Təcrübəli komanda olması hiss olunurdu. Çox çalışmış bir komandadır. Gözlədiyim “Qarabağ”ı gördüm.

- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. Püşkdən sonrakı fikirlərinizlə ilk oyunlardan sonrakı fikirləriniz eynidir?

- Futbolda təəccüblü heç nə yoxdur. Heç vaxt öncədən “qələbə qazanmışam” düşüncəsində olmamalısan.

- Kimdən və nədən razı və narazı qaldınız?

- Hər hansı bir futbolçunu qeyd etmək istəməzdim. Komanda şəklində yaxşı bir kollektivə qalib gəldik.

- Hesab komandalar arasında fərqi göstərdimi? Ümumiyyətlə, “Qarabağ” barədə fikirləriniz necədir?

- APOEL-lə “Qarabağ”ın hər iki oyununu izləmişəm. “Qarabağ” onları yarışdan kənarlaşdıra bilərdi. Eyni zamanda, APOEL də “Ayaks”ı kənarlaşdıra bilərdi. Bu üzdən elə bir fərq deyə bilmərəm.

- 10 ildən sonra “Qarabağ”a öz meydanında 3 qol vurmaq necə hissdir?

- Bu statistika barədə məlumatım yox idi. APOEL-ə 0:2 hesabı ilə uduzduğu oyunda da “Qarabağ” kifayət qədər qol vəziyyətləri yaratmışdı.

- Həftəsonu La Liqada “Real”a uduzsanız, bunu uzaq səfər və “Qarabağ”a qarşı oyunla əlaqələndirəcəksiniz?

- “Real”la bağlı sabah danışarıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail