"Qarabağ" qol vursaydı işimiz çətinləşərdi"

20.09.2019 | 5141 dəfə oxunub

Nəticəyə görə xoşbəxtik. Hədəfim qol vurmaq idi. İlk qola qədər yaxşı oynamırdıq, rəqib təzyiq edirdi. Onlar qol vursaydı, işimiz çətinləşərdi. Sonradan daha 2 qol vurub qələbə qazandıq". 

Stadium.az xəbər verir ki, bu sözləri "Sevilya"nın futbolçusu Xavyer Ernandes (Çiçarito) Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Sözügedən matçda ilk qolun müəllifi olan 31 yaşlı hücumçu daha sonra bildirib: "Yaxşı idim. Ümid edirəm ki, bütün komandamız və baş məşqçimiz bunu belə görüb. Uğura ac, eyni zamanda həyəcanlıyam. Meydanda bütün gücümü göstərmək istəyirəm. Düşünürəm ki, belə müsbət nəticələrimiz qarşıda daha çox olacaq. Biz artırmaqda davam edəcəyik" - deyə o bildirib. Çiçarito deyib ki, qol hesabını açmağı özünəinamı da artırır: Çünki hücumçu qol vurmalıdır. Düzdür, komanda yoldaşım De Yonq rəqib qapısına yol tapmaqda çətinlik çəksə də, komanda üçün hər şey edir”.

O, həftəsonu La Liqada "Real"a qarşı keçirəcəkləri oyun haqda da danışıb: "Bu, təkcə mənim üçün yox, bütün “Sevilya” üçün xüsusi oyundur. Çox maraqlı matç olacağını düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail