FİFA-nın sorğusunda saxtakarlıq olub?

26.09.2019 | 1387 dəfə oxunub

FİFA-nın 2019-cu ilin ən yaxşılarını seçməsi ilə bağlı sorğuda xoşagəlməz hadisə yaşanıb. Stadium.Az xəbər verir ki, milli komandaların kapitanları və baş məşqçiləri, həmçinin jurnalistlərin qatıldığı səsvermə zamanı saxtakarlıq aşkarlanıb.

Nikaraqua yığmasının kapitanı Xuan Barreranın səsi düzgün hesablanmayıb. FİFA futbolçunun 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiano Ronaldoya verdiyini qeydə alıb.

Amma X.Barrera Lionel Messiyə səs vermədiyini açıqlayıb: “Mən “Ən yaxşı” mükafatı üçün sorğuda Messiyə səs verməmişəm”.

Argentinalı futbolçu digər iki namizəd Vircil van Deyk və Kriştiano Ronaldonu qabaqlayaraq ilin ən yaxşısı seçilib. L.Messinin səsvermədəki qələbəsi birmənalı qarşılaşmayıb və ona səs verənlər ciddi tənqid olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ