Messinin cəzası qüvvədə qaldı

27.09.2019 | 5385 dəfə oxunub

Cənubi Amerika Futbol Konfederasiyası Braziliyada keçirilmiş Amerika Kuboku-2019 yarışı zamanı təşkilatı korrupsiyada ittiham etmiş Argentina yığmasının və "Barselona" komandasının hücumçusu Lionel Messinin diskvalifikasiyası qərarını qüvvədə saxlayıb.

Stadium.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Argentina Futbol Assosiasiyası (AFA) Messinin diskvalifikasiyasının 3 aydan 2 aya qədər azaldılması barədə vəsatət qaldırıb. Ancaq Apellyasiya Məhkəməsi AFA-nın sorğusunu rədd edib.

Messinin Argentina yığmasının oyunlarında iştirakına qadağa bu ilin 3 avqustunda qüvvəyə minib.

Argentinanın futbol üzrə milli komandasının kapitanı Lionel Messi hakimə etiraz əlaməti olaraq Amerika Kuboku 2019-da qazandıqları bürünc medalı almaqdan imtina edib. "Turnir ərzində bizə qarşı baş verən korrupsiya və hörmətsizliyin bir hissəsi olmamaq üçün medal almaq üçün podiuma getmədim. Biz daha yaxşısına layiq idik, lakin bizə finalda oynamağa imkan vermədilər. Korrupsiya və hakimlər insanlara futboldan zövq almağa imkan vermirlərr", - deyə Messi bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail