"Mən fəxr edirəm ki, azərbaycanlıyam və "Qarabağ"ı çalışdırıram" - Qurban Qurbanov

04.10.2019 | 518 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun "Düdelanj" klubunu 4:1 hesabı ilə məğlub edən Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi öncə oyunu şərh edib: - Öncə futbolçularımı təbrik edirəm. Bizi hesabdan çox oyun maraqlandırırdı. Bizə intizamlı oyun göstərmək lazım idi. Vacib qələbə qazandıq. Hesab bizi aldatmasın. Bu komandanın gücünü gördük. Fikrimcə, "Düdelanj" APOEL-ə layiqli qalib gəlib. Möhtəşəm azərbaycanlı azarkeşlərə, qarabağlılara təşəkkür edirəm.

- Oyunda təxribat baş verdi. Hazırda Azərbaycanda bu müzakirə edilir. Artıq "Qarabağ"ın oyununda neçənci dəfədir ki, belə hadisələr baş verir. Bu dəfəki təxribat daha böyük oldu. Avropa futboluna nə çağırışınız var?

- Əvvəlki hadisələrə heç fikir bildirmədən onların adını dilmiə gətirmirdim. Həmişə belə halları qorxaqlıq adlandırıram. Azərbaycanlılar, qarabağlılar öz mədəniyyətlərini göstərməyə çalışır. İntizamlı olmağa çalışmışıq həmişə. Futbolçular hansı komandada olduqlarını bilir. Bu hərəkət qorxaqlıqdır. Mən fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram. Belə provakasiyaya getməməliyik. 15-20 dəqiqə oyun dayandı. Peşəkarlığı gözlədik, nizam-intizamı qorumağa çalışdıq. Uşaqlar paltardəyişmə otağında əsəbləşmişdi, pis olmuşdular. Onları oyuna kökləmək çətin idi. Sağ olsunlar məni eşitdilər, meydanda peşəkar davrandılar. Bəlkə də, gələcəkdə belə hərəkətlər olacaq. Hər dəfə bunu etmək ucuzluqdur. Nə qədər ucuz olduqlarını göstərirlər.

- Bildirdiniz ki, uşaqlar əsəbi idi. Meydana qayıtmamaq variantınız da var idi. UEFA buna görə "Düdelanj"a texniki məğlubiyyət verəcəkdi. - Qanunlara əsasən, meydana qayıtmalıyıq. Biz peşəkarıq, belə hallar tez-tez baş verə bilər. Biz qorxaq deyilik, meydandan qaçmağı bacarmarıq. Elə zəif deyilik. Məğlub olsaydıq belə, meydana qayıdıb, sona qədər mübarizə aparacaqdıq. "Qarabağ" olaraq, azərbaycanlı olaraq qaçmağı göz önünə almırıq. Meydandan qaçmaq bizə yaraşmaz. Sona qədər vuruşub mübarizə aparacaqdıq.

- Bununla bağlı UEFA-ya müraciət ediləcək?

- Bu işlə klub rəhbərliyi məşğul olacaq. Müraciətə ehtiyac yoxdur. UEFA belə məsələlərə reaksiya verir. Yəqin ki, UEFA sərt qərardan sonra daha diqqətli olacaq.

- Qara Qarayev niyə əvəzləndi?

- Ağrısı olduğu üçün sona qədər meydanda saxlamadım.

- "Qarabağ" yenə son saniyələrdə qol buraxdı.

- Bilmirəm, necə cavab verim. Hörmətlə yanaşıram. Daha ciddi olmalıyıq. Qalib gəlmişik, səfərdə 4 qol vurduq. Futbol elə bir şeydir ki, son saniyələrdə qol buraxa bilərsən. Buraxdığımız qol barədə danışmamalıyıq. Elə bir qanun yoxdur ki, hər oyun qol buraxmamalıyıq. Pis nəticələri yada salmayaq. İlk dəqiqələrdə də qol buraxa bilərdik. Ancaq bu oyunun sonlarında baş verdi. Qalib gəlmək istəyirdik və buna nail olduq.

- "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə hesab edirsiniz?

- Əvvəlcədən hansısa fikir söyləyə bilmərik. Vaciib 3 xal qazandıq. Favorit "Sevilya"dır. Qalan 3 komanda son tura kimi öz aralarında mübarizə aparacaq. "Düdelanj" zəif deyil. Bu rəqib qol vura bilir, mübarizə aparır. Son tura qədər mübarizə aparmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

19:28  Pioli "Milan"da

19:22  Zaur Həşimov "Zirə"də - Rəsmi

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi