"Qarabağ"ın oyununda təxribat yaradan erməni danışdı

05.10.2019 | 1318 dəfə oxunub

"Düdelanj" - "Qarabağ" oyunundakı erməni təxribatı ilə bağlı yeni detallar üzə çıxıb. 

Stadium.az xəbər verir ki, “Birinci erməni cəbhəsi" fanat hərəkatının üzvü Spartak Adamyan etdiyi hərəkətdən danışıb. Bunu çoxdan planlaşdırdığını deyən erməni dronu stadionun yaxınlığındakı evlərdən birinin damından idarə etdiklərini bildirib: "Bunu çoxdan planlaşdırırdıq. "Qarabağ"ın "Düdelanj"la oynadığını biləndə dərhal qərara aldıq ki, ora gedək və istəyimizi həyata keçirək. Mxitaryanın Bakıdakı Avroliqa finalında oynamamasını unutmamışıq. Biz də öz növbəmizdə sübut etmək istəyirdik ki, bunu qarşılıqsız qoymarıq".

Adamyan ideyanı həyata keçirmək üçün 4 nəfərin xidmətindən istifadə etdiklərini deyib: "Mənim dronu idarə etmək təcrübəm yoxdur. Öz dostumdan bu işdə mənə kömək etməsini xahiş etdim. Sevinc hissi ilə razılaşdı. İdeyanı həyata keçirmək üçün bizə 4 nəfər adam lazım idi. Biri stadionda baş verənləri videoya çəkməli, digəri stadiondakı vəziyyətlə bağlı operativ məlumat verməli idi. Nəticədə iki qrupa bölündük. Üçüncü adam qonşu evin damında, dördüncü isə stadionda idi. Əvvəlcə azərbaycanlılarla eyni sektorda oturmaq istədik. Amma onlar bizim erməni olduğumuzu anlaya bilərdilər. Ona görə də fərqli plan qurduq. Hər şey plan üzrə getdi. İstədiyimizi əldə etdikdən sonra dronu geri çağırdıq, onu sakitcə maşına qoyub, getdik. Mən dostumla birlikdə "Düdelanj" fanatlarının oturduğu sektorda idim. Azərbaycanlılar isə qarşı sektorda. Futbolçuların topla dronu necə vurmaq istədiklərini görürdük. Hər şey bitdikdən sonra sakitcə stadiondan çıxdıq". 

Sportinfo.az yazır ki, məsuliyyəti üzərinə götürən "Ultra-qrup birinci Ermənistan cəbhəsi"nin başçısı Spartak Adamyan Azərbaycanın işğal altında olan Şuşa şəhərindəndir. Adamyan artıq 22 ildir ki, Belçikada yaşayır. İxtisası mühasibdir. Ötən il Belçikada "Spartak Ermənistan" futzal klubunu yaradıb. Komandadakı oyunçuların yarısı erməni, digərləri isə Avropanın müxtəlif ölkələrindəndir. Spartak "Qarabağ"ın oyunlarında ilk dəfə təxribata əl atmır. O, ötən mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində Londonda "Arsenal"la keçirilmiş matçda meydana 1993-cü ildə öldürülmüş terrorçu Monte Melkonyanın şəkli olan köynəkdə və qondarma "Dağlıq Qarabağın" bayrağı ilə çıxmışdı. Təxribata görə, onun "Arsenal"ın stadiona girişi ömürlük qadağan olunub.

Erməni təxribatçısı əsas məqsədlərinin azərbaycanlıların qanını qaraltmaq olduğunu deyib: "Biz elə bu reaksiyaya da ümid edirdik. Stadionda hadisələr 180 dərəcə dəyişdi, azərbaycanlı azarkeşlər əsəbləşdi, meydanda qarışıqlıq yarandı. Elə bizim məqsədimiz də bu idi. Onlar sevinəndə keflərini pozmaq istəyirdik".

Adamyan Ermənistan Futbol Federasiyasına sanksiya tətbiq olunarsa, buna görə narahat olacağını deyib. O, "Qarabağ"ın "Arsenal"la oyununda meydana çıxdıqdan sonra sosial şəbəkələrdə minlərlə təhdid məktubu aldığını iddia edib: "Londondakı oyundan sonra aeroportda olanda Mxitaryan mənə zəng vurdu. Əvvəlcə inanmadım, elə bildim dostlarımdan biri zarafat edir. Amma İngiltərə nömrəsini görəndən sonrə əmin oldum ki, bu, odur. Məlum səbəblərə görə şəxsi söhbətimiz barədə məlumat verə bilmərəm. Amma Mxitaryana jestinə görə təşəkkür edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

25.02.2020

24.02.2020

02:19  PSJ - "Bordo" - 4:3 VİDEO

02:12  "Roma" - "Lecce" - 4:0 VİDEO

02:07  "Cenoa" - "Latsio" - 2:3 VİDEO

23.02.2020

17:05  “Qarabağ” - “Sumqayıt” - HEYƏTLƏR

15:34  “Sabah” - “Səbail” - HEYƏTLƏR

15:03  "Levante" - "Real" - 1:0 VİDEO

14:18  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.02.2020

23:41  "Spal" - "Yuventus" - 1:2 VİDEO

16:06  "Keşlə” - "Zirə" - HEYƏTLƏR

14:05  "Qəbələ" - "Neftçi" - HEYƏTLƏR

11:19  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

21.02.2020

12:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA
   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ