"Oyundan oyuna komanda özünə gəlir" - Bordin

05.10.2019 | 413 dəfə oxunub

Futbolçularımı təbrik edirəm. Oyuna yanaşmaları çox yaxşı idi”.

Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 7-ci turunda bu gün "Səbail"ə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

- Birinci hissəni çox yaxşı keçirdik. Müxtəlif cür təhlükəli vəziyyətlər yaratdıq. Təkcə standart vəziyyətləri qeyd etmək düzgün olmaz. İkinci hissədə də irəli atıldıq, daha bir qol vurmaq istəyirdik. Risk etdik, nəticədə qapımızda bir qol gördük. Rəqibin qoluna qədər yaratdığımız qol vəziyyətlərindən yararlanmalı idik. Səhvimiz 3-cü qolu vurmamağımız oldu.

- Düşünmürsünüz ki, Mustivar həddən artıq səhvə yol verdi?

- Bütün komandanın çıxışından razı qaldım. Mustivar bəzən ötürmələrdə çox səhvlər etdi. Amma bu o demək deyil ki, oyununun üstündən xətt çəkmək lazımdır. Zonaları bağlamaqda, komanda yoldaşlarını sığortalamaqda çox yaxşı idi. Hətta bir epizodda komandamızı xilas etdi. Oyunda texniki səhvlərdən çox oyun epizodlarına üstünlük verirəm.

- Ardıcıl ikinci inamlı qələbəni qazandınız. Demək olarmı ki, komanda məngənədən çıxdı?

- Həmin durumdan çıxdığmızı demək tezdir. Bunu ötən turdan sonra da demişdim. Yaramızı sağaltmağa və düşdüyümüz durumdan yavaş-yavaş çıxmağa çalışırıq. Oyundan-oyuna komanda özünə gəlir.

- Növbəti oyundan sonra “yaramızı bir az da sağaltdıq” demək üçün nə lazımdır?

- Hər matçda buraxılan səhvlərdən və neqativ hallardan nəticə çıxarmalıyıq. Bu gün etdiyimiz səhvlərin üzərində işləyəcəyik. Çalışmaqla yaranı daha çox sağalda bilərik. Növbəti oyunda hücumda daha iti olmalıyıq. Bu qədər qol vəziyyətlərindən yararlanmamaq problemdir.

- Fasilədən sonra əvəzlənən Səlahət Ağayevin durumu nə yerdədir?

- Qasıq nahiyəsində ağrılar çox olduğu üçün oyunu davam etdirə bilmədi. Hazırda nəsə demək çətindir.

- İkihəftəlik fasilə yüksəlişdə olan komandanın xeyrinədir, yoxsa ziyanına?

- Bu oyundan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Ondan sonra əlimizdə çox oyunçu olmayacaq. Onlarla fiziki cəhətdən formamızı yaxşılaşdırmağa çalışağıq.

- Adətən qalib heyəti dəyişmirlər. “Qəbələ”yə qarşı yaxşı çıxış edən Tural Axundovun bu gün meydanda olmaması nə ilə bağlı idi?

- Bəli, belə bir deyim var. Amma bu qanun deyil. Mövsümboyu heyəti dəyişməsən, futbolçulara ciddi zərər vurar. Tural Qəbələdə yaxşı çıxış etdi, qol da vurdu. Heyətdə çox oyunçu olduğundan, dəyişikliklərə əl atıram. Həftəboyu məşqlərdən və rəqibdən asılı heyət qurulur. Turalla hansısa problemim yoxdur. Məşqçilər korpusu bu dəfə belə qərar verdi.

- Stankoviçlə Mbodju bir yerdə görə biləcəyikmi? Yoxsa bu ikilinin birlikdə çıxışının faydalı olmayacağını düşünürsünüz?

- Hər oyuna eyni heyətlə çıxmırıq. Bu da rəqibin oyun üslubundan asılıdır. Çempionatda həmçinin limit də var. Bu gün Stankoviçlə Antonun cütlüyünə üstünlük verdim. Gələn oyunda fərqli ola bilər.

- Dabo zədəli olduğu üçün oynamırdı, yoxsa axşam sosial şəbəkədə hansısa statusunu görə bilərik?

- Zədəli olsaydı, ehtiyatda oturmazdı. Kənarda futbolçu varsa, deməli, zədəli deyil, hər an oynaya bilər. Sosial şəbəkə futbolçuların şəxsi işidir.

- Hakimliklə bağlı müəyyən narazılıqlar var idi…

- Sizin suallarınız sanki polemika üçündür. Mənim narazılığımı harda gördünüz? Belə sualların mənası yoxdur.

- Oyunboyu Darioya tez-tez irad bildirirdiniz. Ondan narazılığınız nə idi?

- Bəzi epizodlarda Dario rəqibin oyunçusunu bağlamırdı, mən də onun yadına salırdım. Darionun adını hər dəfə dilə gətirirəmsə, o demək deyil ki, neqativ cəhətlərə görə səslənirəm. Təkcə ona deyil, digər futbolçulara da səslənirəm ki, ayıq olsunlar.

- Limiti qeyd etdiniz. Son vaxtlar limit məsələsi çox müzakirə olunur. Siz də limitin ləğvinin tərəfdarısınız, yoxsa milli komanda naminə belə qalmasını düzgün sayırsınız?

- Limitlə bağlı heç bir şikayətim yoxdur. Fikrimcə, performansı yüksək olan futbolçu meydanda olmalıdır. Bunun azərbaycanlı və ya əcnəbi olmasının fərqi yoxdur. Bəzən 6-7 azərbaycanlı ilə çıxış etmişik. Bu da performansla bağlıdır. Həftəboyu hansı daha yaxşı məşq edir, ona da üstünlük verirəm



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

19:28  Pioli "Milan"da

19:22  Zaur Həşimov "Zirə"də - Rəsmi

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi