Elmar Baxşıyev: "Heç-heçə oyuna görə idi"

06.10.2019 | 340 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Stadium.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib: “Bilirdik ki, bizi çətin oyun gözləyir. Həftəlik hazırlığımızı da buna yönəltmişdik. “Neftçi” ilə görüşdən sonra komandanı psixoloji hazırlamaq bir az çətin idi. Bu qarşılaşmada psixoloji baxımdan eniş yaşamadıq. “Zirə” yaxşı komandadır, iddialı rəqibdir. Heyətində yaxşı yerli və legioner futbolçular var. Komandanın oyunundan razıyıq. Komandada istədiyimiz əzmkarlığı görürük. Oyundan oyuna istədiyimiz keyfiyyəti verir. Heç-heçə oyuna görədir. Həm bizim, həm rəqibin imkanları oldu. Davit Volkov meydanda bizim tapşırıqları maksimum yerinə yetirir. Ona iradımız yoxdur. Sadəcə epizodlardan dəyərləndirə bilmir. Düşünürəm ki, qarşıdakı matçlarda bu da qaydasına düşəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi