Ağabala Ramazanov üçün 1 qolu 2 yubiley

07.10.2019 | 1186 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VII turu “Səbail”in futbolçusu Ağabala Ramazanov üçün əlamətdar olub.

Stadium.az xəbər verir ki, I dövrənin son turunun “Neftçi” ilə qarşılaşmasında (1:2) komandasının təsəlli qoluna imza atan hücumçu ikiqat yubiley qeyd edib.

Bu top Ağabalanın Premyer Liqada 25-ci qolu olub. İlk dəfə “Xəzər Lənkəran”da çıxış etdiyi vaxt 2013-cü il fevralın 11-də “İnter”lə (indiki “Keşlə”) ev oyununda (2:3) qol sevinci yaşayan Ağabala ölkə çempionatları tarixində 25 və daha çox qol vuran 114-cü futbolçu olub. O, qollarından 6-nı “Xəzər Lənkəran” (2012/13 – 1, 2013/14 – 1, 2014/15 – 4), 5-ni “Sumqayıt” (2015/16), 4-nü “Keşlə”nin (2016/17) heyətində vurub.

“Səbail”in Premyer Liqadakı ən yaxşı bombardiri indiki komandasında yubiley - 10-cu qoluna imza atıb. Ötən mövsüm 7 qol vuraraq karyerasının ən məhsuldar mövsümünü keçirən Ağabala cari çempionatda 3-cü dəfə fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ