"Zirə"li futbolçu üçün ilk qol və yubiley bir arada

07.10.2019 | 425 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VII turu “Zirə”nin futbolçusu İlkin Muradov üçün ikiqat əlamətdar olub.

Stadium.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, “Qəbələ” ilə ev matçı (1:1) 23 yaşlı yarımmüdafiəçinin “Qartallar”ın heyətində 50-ci oyun olub. 2016/17 mövsümündə komandada debüt edən İlkin çempionatda 43, kubokda 7 qarşılaşmaya çıxıb. O, “Zirə”də 50 və daha çox matç keçirən 13-cü futbolçudur. Muradov “Qəbələ”ylə görüşündəki yubileyini qolla qeyd edib.

Bu, yarımmüdafiəçinin “Qartallar”ın ümumilikdə 2-ci topudur. O, ilk dəfə 2018-ci il dekabrın 15-də “Səbail”lə Azərbaycan kubokunun matçında fərqlənmişdi. Zirə İdman Kompleksinin stadionunda vurulan son qol isə İlkinin Premyer Liqada ilk topu olub. O, "Zirə" tarixində yüksək dəstədə qol sevinci yaşayan 38-ci futbolçudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi