APOEL-in baş məşqçisi komandasından narazıdı

20.10.2019 | 516 dəfə oxunub

APOEL-in baş məşqçisi Kipr I Liqasının 6-cı turunda “Doxa”ya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının oyunundan razı qalmadığını deyib: “Yaxşı oyun deyildi. Buna baxmayaraq, üç xal qazandıq. İkili mübarizələrdə uduzurduq. Rəqib yaxşı şeylər edəcəyini düşünürdü. İkinci qol bizə hədiyyə oldu və bu, matçın taleyini həll elədi”.

53 yaşlı çalışdırıcı Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunu düşünmədiyini deyib: “Məsələ budur ki, oyunumuzu daha da yaxşılaşdırmaq məcburiyyətindəyik. “Qarabağ”la oyunu hələ düşünmürəm. Oyunumuzu yaxşılaşdırmaq üçün çalışıram. Məşqlərdə izlədiyimi oyunlarda görmürəm. Bəlkə də, daha çox konsentrasiyaya ehtiyacımız var. Daha yaxşı oynamalıyıq. Hər kəs baş məşqçinin məsuliyyət daşıdğını söyləyir. Fubolçu olarkən mən də belə deyirdim. Oyunumuzu yaxşılaşdırmalıyıq. İstədiyim kimi deyil”.

“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər
   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə