"Qarabağ" 224 gündən sonra

21.10.2019 | 5438 dəfə oxunub

"Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı qələbə seriyası qırılıb.

Stadium.PFL-in saytına istinadən xəbər verir ki, mövsümdə ilk xal itkisi ilə üzləşən Qurban Qurbanovun komandası səfərdə “Qəbələ” ilə görüşdə heç-heçə edib – 1:1.  Bununla da Ağdam klubunun 15 qələbədən ibarət seriyası sona çatıb. Ötən mövsümdə, martın 9-da keçirilən “Zirə” ilə ev oyunundakı (0:0) xal itkisindən sonra bütün qarşılaşmalarda qalib gələn “Qarabağ” bu 15 matçda 43 top vurub və 5-ni buraxmışdı.

Ötən çempionatda 8, cari mövsüm 7 qələbə qazanan əyalət klubunun göstəricisi tarixdə 3-cüdür. 224 gündən sonra xal itirən ağdamlılar yalnız “Kəpəz”lə “Turan”dan geri qalır. Azərbaycan çempionatlarının 27 illik tarixində iki dəfə daha uzun qələbə seriyasına təsadüf olunub. 1994-cü ilin fevralından sentyabrına qədər 16 oyunda xal itirməyən “Turan”ın seriyası 1993/94 və 1994/95 mövsümlərini əhatə edib. Bu rekord dörd ildən sonra yenilənib. “Kəpəz” 1996/97 mövsümündə, 1997-ci ilin noyabrından başlayaraq 20 qələbəni sıralayıb. Bu rekord seriyası 1997/98 mövsümünün əvvəlində, 1998-ci ilin sentyabrında başa çatıb. 

İlk yeddi turda xal itirməyən “Qarabağ” mövsümün startındakı qələbə sayında 5-ci göstəriciyə şərik olub. “Neftçi”nin 12 (1992) , 10 (1994/95) və 9 (1996/97), həmçinin “Şəfa”nın 8 (2003/04) qələbədən ibarət seriyaları keçilməz qalıb. Ağdam klubu “Neftçi”nin 2000/01, “Xəzər Lənkəran”ın 2007/08 mövsümündəki göstəricisini təkrarlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail