"Həddən artıq istəkli olmalıyıq" - Qurban Qurbanov

23.10.2019 | 5603 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin III turunda sabah Kiprin APOEL klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Stadium.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi: - Bizim üçün hər oyun vacibdir. Onlardan birini də sabah keçirəcəyik. Hər bir halda, hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək.

- Zədəlilər sabahkı oyuna hazırdımı?

- Mahir Emreli və Xayme Romero komanda ilə məşq edir. Sabaha kimi vaxtımız var. Qəti qərarı səhər məşqindən sonra verəcəyik. “18-lik”də olma ehtimlları çoxdur.

- Araz Abdullayevin adı iştirak ərizəsində olacaq?

- Araz “18-lik”də olacaq.

- 3 ay əvvəlki APOEL-lə indiki arasında çox fərq var?

- Onda yeni baş məşqçi gəlmişdi. Üstün cəhətləri bu idi ki, komanda həddən artıq istəkli idi. Bundan narahat idik, həm də oyun üslublarını dəqiq bilmirdik. Bunu da hardasa təxmin etmişdik, ancaq asan olmamışdı. İndi baş məşqçinin dediklərini tam anlayırlar. Düşünürəm ki, indi daha təcrübəlidilər. Hər bir çətinliyə hazır olmağa çalışırıq.

- Bu oyunun əhəmiyyəti bəllidir. Sabahkı matç “Qarabağ”ın qrupdan çıxmaq şansı baxımından neçə faiz həlledici ola bilər?

- Faizlə demək istəməzdim. Əvvəlki turda olan nəticələri gördünüz. APOEL-in evdə “Düdelanj”a uduzmasını, bəlkə də, heç kim gözləmirdi. Bu oyuna görə fikir bildirmək olmaz. Böyük ehtimalla, qrupun taleyini son oyun həll edəcək. Son tura kimi mübarizə gedəcək. Hər üç komandanın hazırda qrupdan çıxmaq ehtimalı var. İndi nəsə demək düzgün olmaz.

- Psixoloji cəhətdən eyni komanda ilə 3-cü dəfə qarşılaşmaq nə dərəcədə çətindir?

- Üstün cəhətləri var. Amma mənfi tərəfləri də. Hər iki komanda üçün heç də asan olmayacaq. Hər iki tərəf bir-birini yaxından tanıyır. Düşünürəm ki, biz bu oyunda həddən artıq istəkli olmalıyıq. Bizim üstün cəhətimiz bu olmalıdır. Oyun üslubumuz var və bunu artırmağa çalışırıq. Bunun üzərinə istəyimizi də gəlməliyik. Bizim çempionatda da eyni komandaya qarşı 4 dəfə oynayırıq. Bunlar bizdən asılı olmayan amillərdir. Məcburuq ki, bu komandaya daha ciddi yanaşaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail