Qazaxıstan çempionatının ən yaxşı qapıçısı Emil Balayevdir

08.11.2019 | 6386 dəfə oxunub

Azərbaycan millisinin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdır.

Stadium.Az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "quru" oyunların sayında bütün həmkarlarından öndədir.

O, bu mövsüm 18 oyunda qapısını toxunulmaz saxlayıb. Bu isə o deməkdir ki, mövsümün sonuna bir tur qaldığı üçün Balayevə heç kim çata bilməyəcək. Emil ümumilikdə 30 görüşdə 21 qol buraxıb.
İkinci pilləni "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 "quru" oyun var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 top buraxıb. "Kayrat"ın qapıçısı Stas Pokatilov 13 "quru" oyunla 3-cüdür. O,  31 matçda 30 qol buraxıb.

"Tobol" Qazaxıstan çempionatında sona 1 tur qalmış 60 xalla 4-cü pillədə qərarlaşır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail