Donald Gerye: "Hələ tam uyğunlaşa bilməmişəm" - MÜSAHİBƏ

10.11.2019 | 6448 dəfə oxunub

"Neftçi"nin haitili müdafiəçisi Donald Gerye Azərbaycan Premyer Liqasının 11-ci turunda "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan brifinqdə jurnalistlərin suallarını cavablandırıb:

- Yəqin ki, bu gün belə nəticə gözləmirdiniz...

- Əlbəttə, gözləmirdik. Oyuna ciddi hazırlaşmışdıq. Meydana yaxşı nəticə üçün çıxmışdıq. Bu gün 3 xal qazanmaq üçün sona qədər mübarizə apardıq. Artıq bu oyunu unutmalı və qarşıdakı matçlara hazırlaşmalıyıq.

- Bu məğlubiyyətdən sonra 3-cü sıraya düşdünüz. Bunu həm də çempionluq yarışında "Neftçi" üçün böyük zərbə hesab etmək olar?

- Düzdür, turnir cədvəlində bir pillə gerilədik. Bundan sonra daha çox çalışmalıyıq. Çempionluq mübarizəsinə gəlincə, hələ ümidimiz var. Çünki qarşıda çox oyunumuz olacaq. Mübarizəni davam etdiririk.

- Roberto Bordin mətbuat konfransında komandadan narazı qalıb və bildirib ki, futbolçular istənilən səviyyədə çıxış etmədilər. Baş məşqçinin fikirlərinə münasibətinizi bilmək maraqlı olardı...

- Bəli, baş məşqçi haqlıdır. Bu gün daha yaxşı oynaya bilərdik. Kifayət qədər vuruşmadıq. Məhz buna görə uduzduq. Növbəti oyunları daha yüksək səviyyədə keçirməliyik.

- Kənardan elə görünür ki, sanki "Neftçi"də xoşbəxt deyilsiniz...

- Unutmayın ki, "Neftçi" mənim üçün yeni komandadır. Hələ tam uyğunlaşa bilməmişəm. "Qarabağ"da futbolçularla bir-birimizi yaxşı başa düşürdük. "Neftçi"də isə yeniyəm. Düşünürəm ki, getdikcə hər şey daha yaxşı olacaq.

- Sizcə, "Qarabağ"da oynamaq asandır, yoxsa "Neftçi"də?

- Çətin sualdır. Ancaq mənə "Qarabağ"da oynamaq daha rahat idi. Çünki bayaq da dediyim kimi, futbolçularla yaxşı anlaşırdıq. Məsələn, top Rəşadda olanda irəli çıxırdım, Almeyda mənim mövqeyimə düşürdü, Zubir isə cərimə meydançasına daxil olurdu. "Neftçi"də isə vəziyyət hələ ki, fərqlidir. Mənim üçün burada hər şey yenidir. Bu barədə əlavə nəsə deyə bilmərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail