"Köməkçilərimdən biri təklif etdi ki, cərimə zərbəsi olarsa, Messinin qarşısına canlı sədd qoymayaq

14.11.2019 | 5195 dəfə oxunub

“Leqanes”in baş məşqçisi Xavyer Aqirre “Barselona”nın kapitanı Lionel Messi haqda danışıb. Stadium.Az xəbər verir ki, meksikalı mütəxəssisin komandası La Liqanın növbəti turunda “Barselona” ilə qarşılaşacaq. Oyun öncəsi İspaniya mətbuatına açıqlama verən Aqirre rəqibin argentinalı hücumçusunun qarşısını almaqda aciz olduqlarını bildirib:

“Messinin qarşısını necə almaq haqda heç bir fikrim yoxdur. Çünki çalışdırdığım heç bir komandam bunu bacarmayıb. Onun üçün cərimə zərbələri penalti kimidir. Bu günlərdə köməkçilərimdən biri təklif etdi ki, cərimə zərbəsi olarsa, Messinin qarşısına canlı sədd qoymayaq. Ancaq bildirdim ki, əgər Messini qapıçımız İvan Kuelyarla təkbətək qoysam və 10 top versəm, Messi 11 qol vuracaq. Buna görə razılaşmadım.

Messinin qol vurmasının qarşısını almaq üçün çox yolu müzakirə etmişik. Oyunçulardan birini dirəyin yanına qoyduq, digərinin yerdə uzanmasının çıxış yolu olduğunu düşündük. Bir sözlə, 20 mindən çox yola əl atdıq, amma heç birinin xeyri yoxdur. Bu üzdən ən məntiqlisi ona qarşı qaydanı pozamaqdır. Amma bu da mümkün olmur. Çünki bu cani bütün oyunçuları rahat keçməyi bacarır”.

"Leqanes" - "Barselona" oyunu noyabrın 23-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail