Qurban Qurbanov tarixi rekordu arxada qoydu

26.11.2019 | 1584 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni rekorda imza atıb. Premyer Liqanın XII turunun “Sumqayıt”la qarşılaşması 47 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi postunda 382-ci matçı olub.

Bununla da Q.Qurbanov yarışın tarixində ən çox oyun keçirən mütəxəssis adına yiyələnib.
2006-cı ildə “Neftçi”də debüt edən çalışdırıcı 2006/07 və 2007/08 mövsümlərində komandanı 28 qarşılaşmaya çıxarıb. 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la 354 dəfə çempionat oyununda iştirak edib.

Qurbanov müxtəlif illərdə “Viləş”, “Şəmkir”, “Masallı” və MOİK-in baş məşqçisi kimi yüksək dəstədə 381 oyun keçirən Qəhrəman Əliyevin rekordunu arxada qoyub.

“Sumqayıt”la görüşdə 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın 31 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Sonuncu dəfə 2018-ci il oktyabrın 28-də “Neftçi”yə 1:3 hesabı ilə uduzan ağdamlılar 390 gündən sonra çempionat matçında xal qazanmayıb. Bu seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

13.07.2020

12:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:46  "Napoli" - "Milan" - 2:2 VİDEO

12.07.2020

12:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:22  "Breşia" - "Roma" - 0:3 VİDEO

11.07.2020

14:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:58  "Real" - "Alaves" - 2:0 VİDEO

10.07.2020

09.07.2020

08.07.2020

12:44  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:54  "Lecce" - "Latsio" - 2:1 VİDEO

07.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə