Qurban Qurbanov: "Narahatam ki, bəzi futbolçular optimal formalarından uzaqdır" - MÜSAHİBƏ

27.11.2019 | 5968 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Sevilya" ilə səfər oyunu öncəsi mətbuat konfransı keçirib:

- Yaxşı komandaya qarşı oynayacağıq. Hansı ki, artıq pley-off-a vəsiqəni təmin edib. Biz hər oyuna ciddi yanaşmışıq. Çatışmayan cəhətlərimizi görməyə çalışmışıq. Sabah böyük komandaya qarşı oynayacağıq. 90 dəqiqə mübarizə aparmağa çalışacağıq.

- Maksim Medvedvin durumu nə yerdədir?

- Maksimin durumu pis deyil. Oynama ehtimalı çoxdur.

- İspaniyaya ikinci dəfə gəlirsiniz. "Atletiko" ilə "Sevilya" nə ilə fərqlənir?

- 2 il əvvəl Madrid səfərindən uğurlu nəticə əldə etmişdik. "Sevilya" ilə "Atletiko" fərqli komandalardır. Hər bir halda çox istərdik ki, meydanda yaxşı mübarizə aparıb, intizamlı oyun göstərək.

- "Sevilya" artıq növbəti mərhələni təmin edib. Bu, sizin üçün oyunu asanlaşdırmır?

- "Sevilya" tək-tük komandalardandır ki, belə şeylər haqda düşünmür. Hər oyunda maksimum pressinq edir. Biz bunu Bakıda da gördük. Sona kimi oyuna nəzarət etmək istəyirdilər. Bugünkü açıqlamalarından da görürəm ki, sabah hücum etmək istəyirlər. Mənim düşündüklərimlə üst-üstə düşdü. Bu komanda heyətdən asılı olmayaraq, 90 dəqiqə dinamik futbol oynamağa çalışır.

- "Qarabağ" burdan sərfəli nəticə ilə qayıtmaq üçün necə oynamalıdır?

- Bizim öz oyun üslubumuz var. Bundan əl çəkməməyə çalışırıq və istənilən rəqibə qarşı göstəririk. Bəzən rəqiblər fərqli olur. Bu komandaya qarşı maksimum dərəcədə az boşluqlar verməliyik. Çünki yaradıcı oyunçuları çoxdur. Uğurlu nəticə qazanmaq istərdik. Amma hazırda bizim üçün əsas olan rəqibi düzgün analiz etməkdir. Sabah düzgün oynasaq, istəyimizə nail ola bilərik.

- Burdakı oyun Bakıdakından nə ilə fərqlənəcək?

- Həqiqəti deməliyik. Bu komanda istənilən rəqibə qarşı dominantlıq etməyə çalışır. İstənilən rəqibi müdafiə olunmağa məcbur edir.

- "Sumqayıt"la oyundan sonra taktiki dəyişiklik olacaq?

- Ola bilər ki, dəyişiklik olsun. Heyətə gəldikdə, Dani və Mahir zədədən qayıdıblar. Amma optimal formalarından uzaqdırlar. İstənilən halda yaxşı oyun göstərməyə çalışacağıq.

- Bu gün sizi narahat edən nədir?

- Məni narahat edən bir şey yoxdur. Sadəcə, ona görə narahatam ki, bəzi futbolçular optimal formalarından uzaqdır. Bu da fərqli səbəBlərdən olur. Bəzən zədəyə, bəzən də sıx qrafikə görə olub. Amma bu gün bu haqda yox, oyun haqda düşünürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail