Zlatan İbrahimoviç "Milan"a döndü

04.12.2019 | 1742 dəfə oxunub

"LA Qalaksi"dən ayrılan futbolçu Zlatan İbrahimoviç karyerasını "Milan"da davam etdirəcək. Stadium.Az xəbər verir ki, 38 yaşlı hücumçu yenidən "qırmızı-qara" formanı geyinəcək.

Uzun müddət düşündükdən sonra isveçli forvard "rossonerilər"ə qayıtmağa razılaşıb. Onun 2010 - 2012-ci illərdə çıxış etdiyi klubla müqavilə şərtlərini razılaşdırdığı bildirilir.

Daha əvvəl "Milan"ın İbrahimoviçin keçidini dekabrın 15-də açıqlamaq istədiyi barədə məlumat yayılıb. Bu, həmin gün 120 illik yubileyini qeyd edəcək klubun azarkeşlərə hədiyyəsi olacaq.

Daha öncə Zlatan İbrahimoviç "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", PSJ və "Mançester Yunayted" komandalarının formasını geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.08.2020

01:32  "Sevilya" - "Roma" - 2:0 VİDEO

06.08.2020

13:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:29  "İnter" - "Xetafe" - 2:0 VİDEO

05.08.2020

04.08.2020

03.08.2020

02.08.2020

01.08.2020

31.07.2020

30.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə