Mahmud Qurbbbanov: "Özümüzdən Amerika kəşf edəsi deyilik" - MÜSAHİBƏ

05.12.2019 | 2528 dəfə oxunub

"Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovun müsahibəsini təqdim edirik:

- “Neftçi-2” divizionda 11 oyuna 17 xal toplayıb. Bunu qənaətbəxş hesab etmək olar?

- Qənaətbəxş deyil, az xaldır. Daha çox xal yığa bilərdik. Bəzi oyunlarda gözlənilməz məğlubiyyət aldıq. Bu da ümumi cədvələ təsir etdi. Çalışacağıq ki, xal ehtiyatını artıraq və irəli gedək. Mövsümün sonunda neçənci olacağımızı görəcəyik. Uşaqlar əllərindən gələni edir. Öz yolumuzdayıq. Dəyişiklik etmək fikrində deyilik.
 
- Limitə düşən futbolçular size qane edir? Onların arasında gələcəkdə əsas komanda üzvü ola biləcək futbolçular var?

- Danışmaq hələ tezdir. Hər zaman demişəm ki, gənclərin yaxşı potensialı var. Ancaq bu potensialı açmaq üçün zaman lazımdır. Gələcəkdə niyə də əsas komandaya düşməsinlər? Hər şey baş verə bilər. Həqiqətən də yaxşı futbolçu karyerası yaşamaq istəyirlərsə, üzərlərində çalışmalıdırlar. Biz də onlara kömək etməyə çalışırıq. Futbolçu təcrübəmizlə onlara dəstək oluruq və hər zaman belə edəcəyik. Futbolçuların hər zaman arxasındayam. Onlardan narazı deyiləm. Oyuna hazırlıq və səhvlərə görə narazı qala bilərəm, bu da normaldır. İstəyirik ki, akademiyadan çıxan futbolçuları əsas komandaya göndərək. Perspektivli futbolçuları da axtarırıq və komandaya götürmək istəyirik.
 
- Diviziona limit lazımdır? Sizin fikriniz necədir?

- Əslində, 23-24 yaşlı futbolçunun limitə görə kənarda qalması pis haldır. Biz divizion deyil, əvəzedici komandayıq. Bizdə akademiya uşaqları və əsas komandada oyun praktikası az olan futbolçular oynaya bilər. Öz adımızdan deyərdim ki, bizə lazım olan gənc və perspektivli futbolçuların oynamasıdır. Onların 1-2 ildən sonra əsas komandaya düşmələrini istəyirik. Əlbəttə, heyətdə təcrübəli futbolçu da olmalıdır ki, gənclər baxsın, nümunə götürsün. Bizim məqsədimiz başqadır.
 
- Sizdən nəticə tələb edirlər, yoxsa əsas komanda üçün futbolçu?

- Çempionatdan asılı olmayaraq, həmişə deyirik ki, məqsədimiz Azərbaycan futboluna oyunçu qazandırmaqdır. Ancaq indiki zamanda hamı nəticəyə baxır. Nəticə yaxşıdırsa, qələbələr varsa, necə oynadığınıza heç baxmırlar. Belə halda deyirlər ki, sən düz işləyirsən. Nəticə olmayanda isə zəif olduğunu deyirlər. Nəticə qazanmaq önəmlidir. “Neftçi” hansı turnirdə olursa, olsun, hər zaman iddialıdır. Bunu hər zaman demişəm. Həm nəticə, həm də futbolçu yetişdirmək önəmlidir. Futbolçu yetişdiririksə, onlara qələbə ruhunu aşılamalıyıq.
 
- Milli komandalardan birində çalışmaq üçün federasiyadan təklif gəlsə, qərarınız necə olar?

- Zamanında pis və ya yaxşı futbol oynamışıq. İstəyirik ki, indi ölkə futboluna məşqçi kimi fayda verək, uğura nail olaq. Milli komandada işləmək hamı üçün şərəfdir. Ölkəmizin komandasıdır və orda da biz çalışmalıyıq. Buna normal baxıram. Bizim istəyimizlə nəsə olmur. Məşqçi bir gün burda, sabah başqa yerdə işləyə bilər. Həmişə hazırlıqlı vəziyyətdə oluruq. Reklam xarakterli olmasın, belə bir təklifim olmayıb. Təklif yoxdursa, danışmaq çətindir. “Neftçi”də işimə davam edirəm. Əlbəttə, mən də istəyirəm ki, milli komandalar və ya klubların birini çalışdırım. İstəklə reallıq üst-üstə düşmür.
 
- Nikola Yurçeviçin gedişindən sonra millinin baş məşqçisi yerli mütəxəssis olmalıdır, yoxsa əcnəbi?

- Futbolumuzun bugünkü durumu hər kəsə bəllidir. Özümüzdən Amerika kəşf edəsi deyilik. Bu suala cavab vermək şablon çıxır, çünki hamı eyni sözləri deyir. Kimin gəlib-gəlməyəcəyinə İcraiyyə Komitəsi qərar verəcək (Sportal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2020

11:49  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

23.09.2020

11:23  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

21.09.2020

12:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11:48  "Zirə" – "Sabah" 0:2 VİDEO

20.09.2020

22:05  "Qarabağ" və "Zirə" uduzdu - YENİLƏNİB

19:25  "Qarabağ" - "Neftçi" - HEYƏTLƏR

11:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

19.09.2020

11:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

18.09.2020

12:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə