Tərlan Əhmədov: "Bu qədər gözəl oyuna inanmırdım"

07.12.2019 | 794 dəfə oxunub

"İtkilərə baxmayaraq, komandadan mübarizəli oyun gözləyirdim. Bu qədər gözəl oyuna inanmırdım. Üç əsas oyunçumuz yox idi. Nəticədən çox oyun və Xəzər Mahmudovun debüt matçında yaxşı mübarizəsi məni sevindirdi. Yolumuza davam edirik. Vacib xal qazandıq. Fasiləyə yaxşı əhval-ruhiyyədə getmək istəyirdik. Buna nail olduq. Futbolçular və azarkeşləri təbrik edirəm. Gözəl mübarizə apardıq".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 14-cü turunda "Qarabağ"la heç-heçə etdikləri oyundan (2:2) sonra deyib.

48 yaşlı mütəxəssis kubokda Ağdam klubu ilə oyun öncəsi bu xalın onlara əlavə motivasiya verib-verməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Hələ bilmirəm. İki cəbhədə oynamaq üçün iki eyni heyət olmalıdı. Tito Frutosla Miyusko Boyoviç fevrala qədər bizə kömək edə bilməyəcək. Komandanı yığanda fikirləşirdik ki, mükafatçılar sırasında qərarlaşaq. Futbolçuları seçəndə bunu nəzərə alırdıq. Bir il ərzində komanda formalaşdırmaq çətindi. Bu xal motivasiya verir. Məni daha çox zədələr narahat edir. Yorğunluğa baxmayaraq, komanda köklənə bilir. Kubok matçına qədər vaxtımız var. Bu gün xal qazanmışıqsa, mübarizədən qaçası deyilik. Həmin matçlarda bacardığımız qədər yaxşı oyun göstərib, qələbə qazanmağa çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə