Premyer Liqada II dövrənin ən yaxşısı

09.12.2019 | 714 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2019/2020-ci illər mövsümünün ilk yarısı başa çatıb. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, klublar 2019-cu ildə ilk iki dövrənin oyunlarını keçiriblər.

II dövrənin 7 turunda 28 matç oynanılıb. Bu qarşılaşmalarda “Neftçi” hamıdan çox – 14 xal toplayıb. Paytaxt təmsilçisi hamıdan çox qələbə qazanmaqla yanaşı ən çox qol vuran və ən az top buraxan komandadır. “Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.

Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.

Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar.

I dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

17.01.2020

10:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

16.01.2020

03:18  "Monako" - PSJ - 1:4 VİDEO

02:07  "Milan" - "Spal" - 3:0 VİDEO

15.01.2020

14.01.2020

13.01.2020

02:25  PSJ - "Monako" - 3:3 VİDEO

02:08  "Roma" - "Yuventus" - 1:2 VİDEO

12.01.2020

12:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə