25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə

13.12.2019 | 5578 dəfə oxunub

I divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Stadium.az xəbər verir ki, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

“Turan Tovuz” Qocayev Sənan – futbolçu Rüstəmov Misir – futbolçu Bağırov Emin – futbolçu Sadıqov İlkin – futbolçu Məmmədov Rüfət – futbolçu Tağıyev Eltay – futbolçu Quluzadə Şahin – futbolçu


“Ağsu” Kərimov Rəşad – icraçı direktor Bayramov Kənan – qapıçılar üzrə məşqçi Hacıyev Ənvər – klubun işçisi Əliyev Ramil – futbolçu İbrahimov Vüsal – futbolçu Əmrahov Qalib – futbolçu Əliyev Elçin – futbolçu Əliyev Məhəmməd – futbolçu Həşənov Şamo – futbolçu Mirzalıyev Ruslan – futbolçu Quliyev Orxan – futbolçu Rəhimov Fərrux – futbolçu Həşimov Elçin – futbolçu Babayev Malik – futbolçu Kərimov Ramil – futbolçu Mustafayev Vüsal – futbolçu Məmmədov Kənan – futbolçu


“Zirə-2” Əliyev Səbuhi – futbolçu


Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail