Sopiç yenə gileyləndi - "Bizə nə lazım olduğunu artıq bilirik"

15.12.2019 | 4797 dəfə oxunub

"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə ilk oyununda "Qəbələ"yə səfərdə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfrasında fikirlərini bölüşüb.

Stadiumaz xəbər verir ki, xorvatiyalı mütəxəssis məğlubiyyəti şərh edib: - Rəqibi təbrik edirəm. Onlar bu gün bizdən daha yaxşı, daha ağıllı oynadılar. "Qəbələ"nin heyətində 3, 6, 9 və 10 nömrəli futbolçuları (3. İvitsa Juniç, 6. İbrahima Niasse, 9. Davit Volkov, 10. Klesio Bauk) fərqləndirərdim. Onlar meydanda fərq yaratdılar. İkinci hissədə göstərdiyimiz oyuna görə bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Bilirsiz, futbolu qola görə oynayırlar. Yaxşı oynayıb, qol vurmursansa, bunun bir mənası yoxdur. Keyfiyyət bu oyunda da öz sözünü dedi.

- Bu potensialla cavab oyununda nəyə ümid edirsiz?

- Həyatda da çox nikbin insanam. Əlbəttə, ümid edirəm. Bunun üçün bütün gücümüzü ortaya qoymalı və ən azı 3 qol vurmalıyıq. Ancaq onu da deyim ki, son oyunlarda çox qol vurmamışıq. Bu, yenə də keyfiyyətin göstəricisidir.

- Bugünkü məğlubiyyətdən sonra qışda komandadan gedəcək futbolçuların siyahısına yeni adlar əlavə oluna bilərmi?

- Əlbəttə, bu, bizim imkanlarımız bağlıdır. Çempionatda bizdən aşağıda olan rəqibdən cəmi 1 xal irəlidəyik. Cərimə meydançasına 25 asma edib təhlükə yarada bilmiriksə, bizə nə lazım olduğunu artıq bilirik.

- İlk dəfədir Qəbələdə olursuz. Buradakı infrastrukturu görəndən sonra bu klubu Xorvatiya təmsilçiləri ilə müqayisə edə bilərsiz?

- Deyə bilərəm ki, Xorvatiyada heç bir klubun bu cür 11 meydançası yoxdur. Klub təşkilatçılığı barədə nəsə deyə bilmərəm. Amma eşitdiyimə görə, Qəbələdə 11 məşq meydançası var. Bu isə çox yüksək göstəricidir. Bizdə belə şəraitə malik olan komandalar yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail