"Həmişə Azərbaycan çempionatından "Qarabağ"ı misal gətirirəm"

09.01.2020 | 5358 dəfə oxunub

Krım vilayətinin Simferopol şəhərinin "Tavriya" klubunun vitse-prezidenti Oleq Komunyar "Qarabağ" komandasının Azərbaycan üçün əhəmiyyəti haqda danışıb.

Ukrayna mətbuatına müsahibəsində o, təmsil etdiyi klubun çıxışları ilə hamıya Krımın Ukrayna torpağı olduğunu göstərə biləcəyini deyib.

"Tavriya" ev matçlarını məcburiyyətdən Xersonda keçirir. Dünyanın əksər dövlətləri Krımın Rusiya tərəfdən işğal edildiyini bəyan edib.

Oleq Komunyar deyib: "Həmişə Azərbaycan çempionatından "Qarabağ"ı misal gətirirəm. Bu komanda işğal olunmuş Ağdamı təmsil edir. Ölkənin TOP klubudur, özü də paytaxtda oynayır və hamıya xatırladır ki, Qarabağ Azərbaycanındır. Belə münasibətin "Tavriya"da da olmasını istərdim: qoy, TOP klub olmasın. Ancaq heç olmasa, acınacaqlı varlğı ortaya çıxmayaydı, yaşamaq uğrunda mübarizə aparmazdı. Yəni sabibkar, hansısa adekvat menecer ortaya çıxmalıdı. Hansı ki futbol klubuyla necə işləməyi bilir, marketinq sahəsini yuxarı dartar, azarkeşlərlə işləyər və komandanın özünü formalaşdırar. Kluba inkişaf planı lazımdır".

Xatırladaq ki, vaxtilə bir sıra azərbaycanlı futbolçuların da çıxış etdiyi "Tavriya" 2014-cü ildə fəaliyyətini dayandırıb. 2016-cı ildə klub bərpa olunaraq Ukraynanın həvəskar liqasında çıxış etməyə başlayb, 2017-ci ildən isə II liqada mübarizə aparır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail