"Neftçi"dən CAS-a şikayət etdi

10.01.2020 | 7346 dəfə oxunub

"Neftçi"nin sabiq hücumçusu Lukas Qomes İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Stadium.Az xəbər verir ki, bir müddət öncə klubdan FİFA-ya şikayət edən, ancaq qurumdan istədiyi cavabı ala bilməyən 32 yaşlı forvard bu dəfə CAS-a üz tutub.

2018-ci ilin yayında "Neftçi"dən göndərilən və klubdan pulunu ala bilməyən cənubi amerikalı bu dəfəki qərarın leyhinə olacağına əmindir:

"Məsələ CAS-dadır. Hələ gözləyirik. Amma əminik ki, bu dəfə qərar lehimizə olacaq. "Neftçi"nin hüquqşünası müqaviləyə belə bir bənd salmışdı ki, yerli federasiya "Neftçi" haqda hər hansı iddia ilə bağlı işi həll etməlidir. Mən isə menecerimlə bunu düz başa düşməmişik. Düşündük ki, FİFA-ya müraciət edək, onlar mənim əcnəbi olduğumu nəzərə alarlar. Çünki bu işlərdə böyük təcrübəyə sahibdirlər. Elə oldu ki, sonradan CAS-a şikayət ünvanladıq. Qurumdan cavab gözləyirik. Belə məsələlər orada adətən daha tez və futbolçunun xeyirinə öz həllini tapır. Lazım gəlsə, yenidən AFFA-ya da müraciət edəcəm".

"Neftçi" Qomesin müqaviləsinə birtərəfli şəkildə xitam verib. "Ağ-qaralar"ın keçmiş futbolçusuna təqribən 60 min dollar verəcəyi var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail