Millimizin üzvü Almaniyadan ayrılıb, ABŞ-da oynayacaq

11.01.2020 | 356 dəfə oxunub

Almaniyanın "Pröyssen Munster" klubu Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovla yollarını ayırıb. Stadium.Az xəbər verir ki, bu barədə klubun idman direktoru Malte Metselder açıqlama verib.

O, 29 yaşlı hücumçunun davranışlarından narazı qalmalarını səbəb göstərib: "Bizə üzləşdiyimiz vəziyyətdə komandaya can-başla qulluq edən və 100 faiz sadiq olan oyunçular lazımdır. Təəssüf ki, Rüfət daha komandanın bir hissəsi olmaq istəmir və şəxsi ambisiyasını komanda yoldaşlarının məqsədlərindən önə çıxarıb. Son zamanlar o, bir daha klubumuzun formasını geyinmək istəmədiyini bizə dəfələrlə bildirirdi".

Dadaşov karyerasını ABŞ-ın II Liqasında çıxış edən "Feniks Rizinq"də davam etdirəcək. Klublar transfer şərtlərini açıqlamamağa dair razılığa gəliblər.

"Pröyssen Munster" hazırda Almaniya III Liqasında 19-cu pillədədir. Rüfət Dadaşov 20 oyuna 6 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə