Şenol Günəş: "1/4 finala, yarımfinala yüksəlmək hər kəsin xəyalıdı"

13.01.2020 | 5069 dəfə oxunub

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsindəki rəqibləri barədə danışıb.

Stadium.Az xəbər verir ki, təcrübəli mütəxəssis həmin rəqiblərlə oyunlara hazırlıq məqsədilə yenidən Bakıya səfər etmək istədiyini açıqlayıb:

“İtaliya ev sahibidi və güclü bir komandadı. Onlara tərs gələcək bir oyun üslubu seçməyə çalışacağıq. Ölkəmizi tanıtmaq baxımından gözəl bir şans olacaq. Uels 4-cü səbətdən gələ biləcək ən güclü komanda idi. Bu qrupda hər nəticə qeydə alına bilər. Qrup birincisi olmaq istəyirik, amma önəmli olan qrupdan çıxmaqdı. 1/4 finala, yarımfinala yüksəlmək hər kəsin xəyalıdı. Bu turnirdən alacağımız təcrübəni dünya çempionatına da daşımalıyıq.

Martda iki yoxlama oyunu keçirəcəyik. Sloveniya və Avstriyada oynayacağıq. Yay proqramını isə may ayı üçün planlaşdırırıq. Azərbaycan, Xorvatiya və İrlandiya ilə oynayacağıq. Uelsə qarşı keçirəcəyimiz ikinci oyunda qalib gəlsək, qrupdan çıxacağımızı düşünürəm. Öncə İtaliyaya gedib, sonra Azərbaycana uçmağımızın bizə necə təsir edəcəyini bilmirik.

UEFA rəsmiləri ilə söhbətlərimdə onlar “sizə Bakı çıxar” deyirlərdi. Orada stadion dolacaq, coşqu olacaq. 62 min nəfərlik arenada 50 min tərəfdarımız olacaq. İlkin hazırlıqlar üçün Azərbaycana bir daha getmək istəyirəm”.

Şenol Günəş AÇ-2020-nin püşkatma mərasimindən bir neçə gün sonra Bakıda olmuş, buradakı infrastrukturla, oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu ilə tanış olmuşdu. Onun növbəti səfərinin vaxtı isə hələlik, dəqiq deyil.

Türkiyə millisi İtaliya, Uels və İsveçrə ilə eyni qrupda yer alıb. “Ay-ulduzlular” Uels və İsveçrəyə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail