Jelko Sopiç: "14 günlük Antalya toplanışından tam razı qaldım"

22.01.2020 | 6236 dəfə oxunub

"Antalya toplanışı çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Moskva “Spartak”ının gənclərdən ibarət komandası ilə 2:2 hesablı heç-heçə etdik. Bu matçda əsasən gənc futbolçulara şans verdik. Oyunun əvvəlindən sonuna kimi müxtəlif taktiki gedişləri sınaqdan keçirdik. Marko Deviç, Rəşad Eyubov və Məhəmməd Mirzəbəyov 90 dəqiqə meydanda oldular. Şadam ki, oyunu zədəsiz başa vurduq. Bu matçda qalib də gələ bilərdik, məğlub da ola bilərdik. Ancaq yoxlama oyunlarında nəticə vacib deyil”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Jelko Sopiç Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Spartak” klubunun əvəzedici komandası ilə son yoxlama oyunundan (2:2) sonra deyib.

Sopiç təlim-məşq toplanışı barədə də fikirlərini bildirib: “14 günlük Antalya toplanışından tam razı qaldım. Burda olduğumuz müddətdə hava şəraiti çox yaxşı oldu. Toplanışda planlaşdırdığımız hər şeyi həyata keçirə bildik. Futbolçularımız yaxşı hazırlıq keçdilər və onlardan tələb olunanı tam yerinə yetirdilər. Fikrimcə, bu hazırlıq müddətinin komandaya çox xeyri dəyəcək”.

Antalya toplanışında əsas komandaya bir neçə gənc futbolçu da qoşulmub. Türkiyədəki hazırlıqda çempionatımızdakı gənc futbolçu limitinə uyğun 10 gənc futbolçu iştirak edib. Sopiç gənc futbolçuların çıxışından razı qaldığını bildirib: “Antalya toplanışına 10 gənc futbolçuyla yollanmışdıq. Sevinirəm ki, yoxlama oyunlarında onların hər birinə şans verə bildik. Fikrimcə, onlar bu şansdan yaxşı yararlandılar. Ceyhun Nuriyev yoxlama oyunlarında 2 qol vurdu. Şans qazandığı qarşılaşmalarda yaxşı oynadı. Ancaq digər gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Onlar gələcəkdə də “Sabah”ın əsas komandasında şans qazana bilərlər. Bu cür gənc oyunçulara sahib olduğumuz üçün şadam”.

Sopiç sonda çempionatın ikinci yarısına olan gözləntiləri barədə danışıb: “Hazırda Cavid İmamverdiyevin və Amadu Diallonun kiçik zədəsi var. Lakin onların çempionatın ikinci yarısının startına kimi tam hazır olmaq üçün kifayət qədər vaxtları var. Həmin vaxta kimi biz var qüvvəmizlə hazırlaşmalıyıq. Düşünürəm ki, ilk oyuna kimi tam hazır olacağıq. İnanıram ki, çempionatın ikinci yarısında daha yaxşı futbol sərgiləcəyəcək və liqada daha yaxşı pillədə qərarlaşacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail