"Millimizin baş məşqçisi olmağa 32 namizədin hamısı əcnəbidir"

12.02.2020 | 5437 dəfə oxunub

AFFA-nın milli komandamızın baş məşqçisi vəzifəsinə namizədləri arasında yerli məşqçi yoxdur. Stadium.Az xəbər verir ki, bu barədə AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev məlumat verib.

Yığmamızın sabiq çalışdırıcısı bildirib ki, AFFA-nın onlara təqdim etdiyi siyahıdakı namizədlərin hamısı əcnəbidir:

“Bu gün çoxları 32 namizəd arasında olan məşqçilərin adlarını yazırlar. Bəziləri yerli məşqçilərin adını çəkir. Ancaq mən sizə deyim ki, həmin 32 namizədin hamısı əcnəbidir. Orada yerli məqşçi yoxdur. Ola bilər ki, sabah bizə başqa bir təqdimat gəldi ki, xarici yox, yerli məşqçiləri seçirik. Biz də deyirik ki, namizədlər arasında yerlilər də olmalıdır. Ancaq seçilən yol budur. Biz sırf əldə olan siyahıdakılara qiymət veririk. Yenə də seçim İcraiyyə Komitəsinindir”.

AFFA-nın yanvarın 28-də keçirilən Konfransında yığmanın yeni baş məşqçisi vəzifəsinə 32 namizədin olduğu açıqlanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail