İtaliya Futbol Federasiyası videotəkrar (VAR) sisteminə dəyişiklik edir

15.02.2020 | 667 dəfə oxunub

İtaliya Futbol Federasiyası videotəkrar (VAR) sistemi ilə bağlı dəyişikliyə hazırlaşır. Stadium.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, federasiya çoxsaylı müraciətləri nəzərə alaraq, sistemin daha da təkmilləşdirilməsini istəyir.

Gələcəkdə A Seriyası təmsilçilərinə hər hansı mübahisəli epizod zamanı videotəkrarın yenidən araşdırılmasını tələb etmək icazəsi verilə bilər. Ancaq bu imkandan oyun ərzində yalnız bir dəfə yararlanmaq mümkün olacaq.

Federasiya rəhbərliyi ümid edir ki, bu dəyişiklik meydandakı komandalar arasında hər hansı mübahisəli məqamla bağlı fikir ayrılıqlarını həll edə və çempionatın imicini yaxşılaşdıra bilər.

Qurumun artıq bu dəyişikliyi sınaqdan keçirmək üçün FİFA-dan qeyri-rəsmi icazə aldığı qeyd olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.04.2020

31.03.2020

30.03.2020

29.03.2020

28.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ