“Mançester Siti”nin çempionluğu əlindən alına bilər

16.02.2020 | 636 dəfə oxunub

“Mançester Siti” 2013/14 mövsümündə qazandığı çempionluq titulundan məhrum edilə bilər. Stadium.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu, klubun göstərilən dövrdə UEFA-nın lisenziyalaşdırma və “feyr pley” qaydasını pozması ilə əlaqədardır.

Bu pozuntu ümumilikdə 2012-16-cı illəri əhatə edir. Bu səbəbdən qitənin futbol qurumu “şəhərliləri” qarşıdakı 2 mövsümdə Avropa kuboklarında oynamaqdan kənarlaşdırıb.

İngiltərə Futbol Assosiasiyanda “Mançester Siti”nin 2013/14-cü il mövsümündəki çempionluğunu almaq haqda ideyaların olduğu bildirilib. Bundan başqa, klubun dördüncü diviziona göndərilə biləcəyi barədə də fikirlər var.

İki illik cəza ilə əlaqədar bəzi futbolçuların “Mançester Siti”ni tərk edə biləcəyi də iddia olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ