"Azərbaycanda çox qalmaq istəmirəm" - Ramil Şeydayev

17.02.2020 | 860 dəfə oxunub

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Sabah”a transfer olduğunu açıqlayıb.

Stadium.az xəbər verir ki, 23 yaşlı hücumçu doğru qərar verdiyini deyib: “Uzun vaxt idi oynamırdım. Mənim böyük iddialarım və “Sabah”dan gözləntilərim var. Azərbaycanda bir komandaya keçəcəkdimsə, bu, yalnız “Sabah” ola bilərdi. Klub rəhbərliyi ilə uzun müddətdir danışıram və onlara söz vermişdim ki, Azərbaycana qayıtsam, yalnız “Sabah”ı seçəcəyəm. Klubun layihələri ilə yaxşı tanışam. Deyə bilmərəm ki, bu mövsüm bütün oyunlarını izləmişəm. Amma baxmışam. Hiss edirəm ki, “Sabah”a kömək edə bilərəm. Kimsə əsas heyətdə oynayacağıma təminat verə bilməz. Mütləq öz üzərimdə işləməli və nəyə qadir olduğumu göstərməliyəm”. Şeydayev komanda seçiminin uzun çəkməsi barədə bunları deyib: “Təkliflər var idi. Bir tərəfdən bəzi klublara keçidim alınmadı. Digər tərəfdən bəzi yerlərə özüm getmək istəmədim.

“Dinamo”dakı karyerama gəlimcə, indi bunu şərh etmək istəməzdim. Fikrimcə, 2019-cu ili pis keçirmədim. Bəzən alındı, bəzən isə yox. Amma hər şey Allahdan asılıdır. Deməli, qismət belə imiş”.

Şeydayev yayda xaricdə özünə yeni klub tapmaq fikrində olduğunu sözlərinə əlavə edib: “Hər şey bu mərhələni necə keçirəcəyimdən asılıdır. Amma Azərbaycanda çox qalmaq istəmirəm”. (1news)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ