Mahir üçün tarixi qol

17.02.2020 | 787 dəfə oxunub

"Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Stadium.az xəbər verir ki, bu, XVII turun “Zirə” ilə səfər matçına (6:0) təsadüf edib. Ölkə çempionatlarında 117-ci oyununa çıxan hücumçu yubiley qoluna sevinib. Mahir Premyer Liqada keçirdiyi yalnız ilk mövsümdə qol vura bilməyib. Mahir Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 57-ci futbolçudur. O, eyni sayda fərqlənən Mehman Allahverdiyev, Samir. A. Məmmədov, Junivan Suares və Fernando Pereslə birlikdə bombardirlər siyahısında 53-57-ci yerləri tutur.

Debüt etdiyi “Bakı”da qol hesabını açmayan Emreli “Qarabağ”ın heyətində Premyer Liqada 40-cı dəfə fərqlənib. O, Ağdam klubunun ölkə çempionatları tarixindəki 5-ci bombardiridir. Yalnız 4 futbolçu Mahirə qədər 40 top səddini adlayıb.

Mahir ötən turda “Qarabağ”da 100-cü çempionat oyununu keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ