Beqoviç: "Prosineçki ikiüzlü adam idi"

19.02.2020 | 914 dəfə oxunub

"Yığmanın baş məşqçisi Duşan Bayeviç və köməkçiləri məni ziyarət etdi. Əgər məşqçi səninlə görüşürsə, hər şeyin düzünü deməlidir. Bu, ən yaxşı yoldur”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Milan”ın qapıçısı Asmir Beqoviç Bosniya mətbuatına açıqlamasında deyib.

“Qarabağ”ın sabiq qolkiperinin uzun fasilədən sonra yenidə Bosniya və Herseqovina millisinə çağırılacağı gözlənilir. Bununla bağlı danışan təcrübəli qapıçı sabiq baş məşqçi Robert Prosineçkinin vaxtında yığmadan kənarda qalmasına da toxunub. O, millimizin də baş məşqçisi olmuş Prosineçkini ikiüzlülükdə ittiham edib:

“Bayeviç oyunçularla açıq danışan biridir. Hər zaman millidə olmuşam, ancaq əvvəlki baş məşqçi (Robert Prosineçki – red.) ikiüzlü adam idi. Mənə və mətbuata başqa sözlər deyirdi. Onun bu hərəkətinə layiq deyildim. İndi ən vacib amil problemləri həll etməkdir. Hamımız Avropa çempionatını arzu edirik. Bunu gerçəkləşdirmək üçün imkanlarımız var".

Asmir Beqoviçin atası Amir Beqoviç isə ötən il oğlunun növbəti dəfə Bosniya və Heresqovina yığmasına çağırılmamasına münasibət bildirərkən Prosineçkini təlxək adlandırmışdı.

Müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.03.2020

29.03.2020

28.03.2020

27.03.2020

26.03.2020

25.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ