"Milan"ın qapıçısı "Qarabağ"ı təriflədi

21.02.2020 | 1078 dəfə oxunub

“İlk ayım problemsiz keçdi. Klubda və şəhərdə hər şeydən məmnunan. “Milan”a gələndə onun böyük bir klub olduğunu görmək olar”.

Stadium.Az xəbər verir ki, bu sözləri mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirmiş Asmir Beqoviç deyib. Bosniyalı qolkiper ölkəsinin mətbuatına müsahibəsində “Milan”a transferindən danışarkən “Qarabağ”dakı çıxışının ona çox faydalı olduğunu bildirib:

“Qarabağ"da vəziyyət əla idi. Bir çox oyunlarda meydana çıxdığım üçün indi burada yüksək səviyyəli matçlara hazırlaşmaq çətin olmur".

Bosniya və Herseqovina millisinə qayıdışı ilə bağlı sualı cavablandıran təcrübəli qapıçı yenidən yığmada çıxış etməyə hazır oduğunu qeyd edib: "Millidə oynamaq mənim üçün problem deyil. Bilirəm ki, yığmanın qapısını qoruya bilərəm. Çünki təcrübəm var. Ən əsası, yaxşı nəticə qazanmaqdır. Yeni baş məşqçi Bajeviç ədaləti adamdır. Mənimlə görüşdü, xeyli söhbət etdik".

Beqoviç komanda yoldaşı Zlatan İbrahimoviçlə bağlı da danışıb: "Zlatan yaxşı futbolçu və yaxşı oğlandır. Tez-tez Bosniya dilində danışırıq, mədəniyyətimizi sevir. Düşünürəm ki, İbrahimoviç bizim mentalitetimizə sahibdir. O, əsl liderdir. Bəzən məndən ölkəmiz haqqında soruşur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ