Füzuli Məmmədov: "Əsas narazı qaldığım məqam ... "

22.02.2020 | 2496 dəfə oxunub

"Oyun tam ürəyimizcə olmadı. İlk hissədəki oyunu fasilədən sonra da göstərməliydik. Bununla belə, futbolçular meydanda çox əziyyət çəkdilər. Qələbə hesabını qorudular".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 18-ci turunda bu gün səfərdə "Qəbələ"yə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.

Rəqib haqda müsbət fikirlər səsləndirən baş məşqçi azarkeşlərə də təşəkkür edib: "Düşünürəm ki, "Qəbələ” sonuncu yerə layiq deyil. Yaxşı, mobil komandadır. Bu rəqibə qarşı oynamaq bizim üçün asan olmadı. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun məsafə qət edib, bizi burada dəstəkləyən azarkeşlərimizə "çox sağ ol” deyirik. İnanıram ki, getdikcə daha da yaxşı oynayacağıq”.

Məmmədov komandasından tam razı qalmadığını da bildirib: "Əsas narazı qaldığım məqam bəzi futbolçuların verilən tapşırıqları maksimum yerinə yetirməmələridir. Komanda oyuna çox yaxşı başladı. Hesabı açdıq, ardıcıl iki qol vurduq. İstər-istəməz bəzi futbolçularda psixoloji rahatlıq yaranır. Bəlkə də bir az güclərini qorumaq istədilər. Amma qol buraxmamaq üçün sonadək vuruşdular”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

02.12.2020

11:20  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01.12.2020

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.11.2020

29.11.2020

15:22  “Səbail” - “Qarabağ” - HEYƏTLƏR

13:20  “Keşlə” - “Sabah” - HEYƏTLƏR

11:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

11:12  PSJ - "Bordo" - 2:2 VİDEO

11:04  "Real" - "Alaves" - 1:2 VİDEO

00:22  "Qarabağ" "İmarət"də - FOTOLAR + VİDEO

28.11.2020

17:51  "Neftçi" "Zirə"ni uda bilmədi - YENİLƏNİB

15:15  "Neftçi" - "Zirə" - HEYƏTLƏR

12:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.11.2020

16:07  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

26.11.2020

11:27  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Sumqayıt 4 2 1 1 6-4 7  
2. Sabah 3 2 1 0 5-2 6  
3. Neftçi 3 2 0 1 4-4 6  
4. Keşlə 3 1 2 0 1-0 5  
5. Qarabağ 4 1 2 1 5-4 5  
6. Zirə 3 1 1 1 3-4 4  
7. Qəbələ 3 0 2 1 1-4 2  
8. Səbail 3 0 0 3 3-6 0  
27.09Neftçi ---Qəbələ
26.09Səbail ---Sabah
26.09Keşlə ---Zirə
25.09Sumqayıt 2-2Qarabağ
02.10Səbail -Keşlə
03.10Qəbələ -Sumqayıt
03.10Zirə -Neftçi
04.10Qarabağ -Səbail