Elmar Baxşıyev: "Səviyyə baxımından bizdən üstün futbolçulara malik komanda ilə oynadıq"

22.02.2020 | 5689 dəfə oxunub

“Neftçi” heyətinə görə çempionatın ən güclü kollektivlərindən biridir. Komandamdan razı qaldım. Sonadək mübarizə apardıq. Uduzmağımıza baxmayaraq əzmkarlıq məni qane etdi".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 18-ci turunda "Neftçi" ilə görüşdən sonra mətbuat konfransında deyib.

O, evdə qeydə alınan 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Əvvəlki üç oyunda məğlub olmuşduq. Həmin matçlarda komanda şəklində zəif oynamışdıq. Heyətdəki dəyişikliklərlə istədik ki, yeni nəfəs gətirək. Rəqibin gücünü də nəzərə almaq lazımdır. Səviyyə baxımından bizdən üstün futbolçulara malik komanda ilə oynadıq. Bu matça qədər oyunlarımıza baxsanız, müsbət cəhətlər çoxdur. Sadəcə müdafiə planında axsamalar var”.

Baxşıyev qış fasiləsində heyətdə baş verən dəyişikliklərə də toxunub: “Hər oyunçu faydalı idi. Oturuşmuş heyətimiz var idi. Onların getməsi də mənfi təsir göstərdi. Yeni gələnlərdən Nikolas Raysel zədəyə görə bu gün oynamadı. Abdelrafik Jerar bir müddət oynamadığı üçün oyun praktikası toplamalıdır. Onun qarşıdakı turlardan sonra formaya qayıtması gözlənilir. Bunları bilirdik, toplanışda görürdük. Yeni futbolçular bizə gec qoşulduğu üçün optimal oyunumuzu hələ tapa bilmirik. Yarımmüdafiənin mərkəzində də axsayırdıq. “Neftçi” isə burada güclü futbolçulara malikdir. Ona görə müdafiə planını etibarlı etmək üçün İdris İnqilablı və Sadiq Quliyevə üstünlük verdik. Azərbaycan futbolu mütəmadi şans qazansa, İdrisin simasında yaxşı futbolçu qazanacaq”.

Baxşıyev azarkeşlərin istefa şüarları ilə bağı isə deyib: "Haqlıdırlar, nəticə olmayanda bu çağırış normaldır. Biz məqqçiyik, işimizi görürük, qərarı rəhbərlik verir. Nə versə, onunla razı qalmalyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail