Rüstəm Orucovdan bürünc medal

23.02.2020 | 5888 dəfə oxunub

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

Stadium.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı ardıcıl üçüncü il Düsseldorfda fəxri kürsüyə yüksəlib.

Mübarizəyə 1/32 final mərhələsindən başlayan Orucov ispaniyalı Salvador Kases, Amerika Birləşmiş Ştatlarının təmsilçisi Aleksandr Turner, Misir idmançısı Məhəmməd Mohyeldin, monqolustanlı Çend Çoqtbataara qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə koreyalı An Çanqrimə uduzan Rüstəm Orucov bürünc medal uğrunda görüşdə Sloveniya cüdoçusu Martin Hojakı məğlub edib.

Beləliklə, təcrübəli cüdoçumuz ötən illərdə gümüş və bürünc medal qazandığı Düsseldorfda bu dəfə 3-cü yerə sahib çıxıb.

Bu, Azərbaycan yığmasının "Böyük Dəbilqə"də ilk medalı olub. Ötən gün mübarizəyə 81 kq çəki dərəcəsində qoşulan, Telman Vəliyev (73 kq), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) ilkin mərhələlərdə uduzaraq mübarizəni dayandırıblar. İlk yarış günündə isə 4 kişi və 4 qadın cüdoçu erkən məğlubiyyətlərə düçar olublar.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin son günündə kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev, 100 kq-da Zelim Kotsoyev ilə Elmar Qasımov, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri, qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail