Zubir: "Heç vaxt kimisə aşağılamaq fikrim olmayıb" - MÜSAHİBƏ

24.02.2020 | 5920 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb:

- Asan oyun olmadı. Görüşə əvvəlki matçlarda adət etdiyimiz kimi başlamadıq. Amma tədricən istədiyimiz oyunu nümayiş etdirməyə başladıq. Hətta ikinci hissə daha maraqlı oldu. Daha çox qol vəziyyəti yaratdıq. Lakin istənilən halda bizim üçün çətin oldu.

- Qaçırdığınız qol epizodu ilə bağlı nə deyə bilərsiniz?

- Bu, futboldur. Bəzən hər yaratdığın imkanı dəyərləndirmək olmur. Məsələn, keçən həftə "Zirə" ilə oyunda yaratdığımız bütün imkanlardan istifadə edə bildik. Amma bu dəfə gördünüz ki, çox qol vəziyyəti olsa da, yalnız birindən yararlana bildik. İndi üzərimizdə daha çox işləməliyik ki, növbəti matçlarda fürsətlərdən istifadə edə bilək.

- Demək olar ki, hər oyun zədə səbəbindən yerdə qalırsınız. Bu, həqiqətən də zədədir, yoxsa bir növ vaxt uzatmaq üçün adət halını alıb?

- Xeyr. Məndə elə xasiyyət yoxdur ki, vaxt aparım. Ümumiyyətlə, bu dəfə zərbə çox güclü oldu. Hətta oyunu davam etdirmək gücündə deyildim. Sonradan məcburən meydana daxil oldum. Onsuz da 10 nəfərlə qalmışdıq. Həqiqətən dəhşətli ağrılar keçirdim.

- Bütün epizodlarda çalışırsınız ki, rəqibi keçib, qapıya zərbə vurasınız. Bu, özünəinamdır, yoxsa qarşıdakı rəqibi saymazyanalıqdır?

- Heç vaxt kimisə aşağılamaq fikrim olmayıb. Bu, uşaqlıqdan bəri mənim alışdığım oyun tərzidir. Yəni, istər qalib, istərsə də məğlub durumda olaq, hər zaman bu cür oyun nümayiş etdirirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail