Tahir Gözəl: "Bizim məqsədimiz klubun adına xidmət etməkdir"

26.02.2020 | 5742 dəfə oxunub

"Qarabağ barəsində fikir ifadə etmək həmişə çətindir. Bu ad hər zaman tarixin müəyyən dönəmlərində çətin, acılı məqamlarla üzləşib. Bu gün həmin ağır günlərdən biridir. Yaddaşımızı hər zaman yeniləməyə ehtiyac var".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu gün Xocalı soyqırımının 28-ci il dönümü ilə bağlı komandasının futbolçuları ilə keçirdiyi tədbirdəki çıxışında deyib.

O bildirib ki, düz 28 il bundan qabaq bəşər tarixinin ən önəmli faciələrindən biri yaşanıb. "Xocalıda, öz evlərində yaşayan 613 məsum, tamamilə günahsız insan qətlə yetirilib. Nə qədər uşaq valideynsiz qalıb. Cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəshinə qətliam törədilib. Bu gün o şəhidləri ehtiramla yad edirik. Ailələrinin, xalqın acılarını paylaşıyırıq. Təsəvvür edin, 100 ailə təmamilə məhv olub. Bu səbəbdən "Qarabağ" Futbol Klubu fərqli missiya daşıyır" - deyə o bildirib.

Klub rəhbərinin sözlərinə görə, "Qarabağ" Futbol Klubunun məqsədi bütün dünyaya Xocalı faciəsini, qətliamını, Qarabağın – torpaqlarımızın işğalını bütün dünyaya çatdırmaqda vasitəçilik etməkdir: 

"Tam səmimi deyirəm, əsas məqsədimiz budur. Bizim məqsədimiz klubun adına xidmət etməkdir. Necə? Klub adına uğurlu futbol oynamaq, uğurlar qazanmaq və təbii ki, klubunun özəl mənəviyyatını sərgiləməklə. "Qarabağ" FK üçün mənəviyyat hər şeydən daha önəmlidir. Mən "Qarabağ"la, bu adı daşımağımızla fəxr edirəm. Və mən düşünürəm ki, biz birliyimizlə, cəsarətimizlə, uğurlarımızla, mənəviyyatımızla bu adı daşımağa layiqik. Biz Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik. Başda klubun prezidenti Abdulbari Goozalin baxışlarıyla bütünləşən klubumuzun fəlsəfəsiylə qürur duyuruq. Bir daha qeyd edirəm ki, Xocalı soyqırımı nəinki Azərbaycanın, eyni zamanda bütün ümumbəşəri faciədir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail